Maşınların qiyməti ucuzlaşdı - 10 faiz

img

05-10-2017 [10:47]


Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də "online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

Mia.az xəbər verir ki, bu barədə trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyb: "Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”.

Ekspert bildirib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10 % aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə elə də dəyişiklik olmayıb.

V.Hüseynov vurğulayıb ki, adətən sentyabr ayından maşın bazarında aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: "Dekabr ayında bayramlarla əlaqdər aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra aktivlik yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA