05-10-2017 [10:26]
Azərbaycanda kərə yağı və bitki yağlarının qiyməti pik həddə çatıb.
Yeni Zellandiya istehsalı "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manat, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı "President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı "Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilir.
Kərə yağları ilə yanaşı, bitki yağlarının da qiymətində 10-15 faizlik artım müşahidə olunur.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində Azərbaycana 46 265.94 min dollarlıq 10 284.39 ton kərə yağı və süddən hazırlanmış yağlar idxal edilib. 2016-cı ildə 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib.
Bahalaşma geniş ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Hətta, deputat Çingiz Qənizadə parlamentin ilk sessiyasında seçicilərinin ona ünvanlandığı "kərə yağı hansı səbəbdən 18 manata satılır” sualını səslənidirib.
Dövlət Gömrük Komitəsi Azərbaycana idxal edilən kərə yağının bahalaşması səbəblərinə aydınlıq gətirərkən, daxili bazarda qiymət formalaşmasının qurumun səlahiyyətində olmadığını bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə modern.az- kərə yağının qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilmədiyini deyib.
"Azad İstehlakçılar" Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a deyib ki, kərə yağının bahalaşmasının bir nömrəli amili, dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır:
"2016 -cı ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında (əsasən Avstraliya, Avropa və Amerika qiymətləri nəzərdə tutulur) qiymətləri 100%, yəni 2 qat artıb. Qiymətə təsir edən bu 3 bazardan isə Okeaniyanın təsiri daha çoxdur”.
E.Hüseynov bildirib ki, qiymət artımının səbəbi dünyada süd istehsalının azalmasıdır:
"Dünya bazarında süd məhsullarının 2015-ci ilin son 2 rübü- 2016-cı ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır.Süd məhsulullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər inəklərini satırlar, sahələrini digər məhsul istehsalına uyğunlaşdırırlar. Süd istehsalının azalması isə yağ istehsalının azalmasına gətirib çıxarıb. Kərə yağına tələbat isə əvvəlki illərdəki kimi yüksəkdir. Bazarda tələb artanda istehsal tələbatı tam ödəyə bilmirsə, qiymətlər artır”.
İqtisadçı ekspert Natiq Cəfərli də modern.az-a bildirib ki, kərə yağının bahalaşmasının səbəbi dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır:
"Bu, bahalaşmanın obyektiv səbəbidir. Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksəkolması, o cümlədən monopoliyanın güclü olmasıdır. Gürcüstanda gömrük rüsumu və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələri arasındakı fərq də qiymətlərə təsir edir. Əgər hökumət öz əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman nəyə görə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35-36 faiz əlavə xərcin gəlməsinə səbəb olur”.
N.Cəfərli Azərbaycana kərə yağı idxal edən az sayda şirkətin olduğunu qeyd edib:
"Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır. Prezident də dəfələrlə öz çıxışlarında bir çox sahələrdə monopoliyanın olduğunu vurğulayıb. İndi müxtəlif qurumların "inhisarçılıq yoxdur” açıqlaması heç bir məntiqə sığmır”.
Ramiz Mehdiyevin qızı atası haqda suala sualla cavab verdi: "Bir kəlmə də deməyəcəyəm”
İran gəmiləri Azərbaycana gəldi - FOTO
Hikmət Hacıyev Berlində - Kanslerin müşaviri ilə görüş olub (FOTO)
Bakıda Zəfər Günü parad olacaq
Almaniya Polşaya qırıcı yerləşdirəcək - AÇIQLAMA
BİR AYN İÇİNDƏ 4 FƏRQLİ ÇOĞRAFİYADA SAMMİT: İlham Əliyev və yüksələn Azərbaycan... - TƏHLİL
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qəzzada atəşkəs pozulub - 25 nəfər öldürülüb
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub
Kəmaləddin Heydərov Mehdiyevin oğlu ilə bağlı sualdan yayındı
ƏMRULLAYEVİN "AĞIR TOP"U "VURULDU" - ETN-də "qazan qaynayır"
MSK toplandı: bu deputatın mandatına xitam verildi (Yenilənib)
DTX və DSX Azərbaycan-İran sərhədində əməliyyat keçirib
Zəngə cavab verən Ramiz Mehdiyev "Danışan kimdir? Kimdir danşan?" dedi və... - SƏS YAZISI
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
Bakalavr təhsili olan zabitlər... - Ehtiyata buraxılma qaydalarına dəyişiklik olunur
Türkiyədə 63 milyon telefon yararsız olacaq - Nazir anons verdi
MHP-li deputatın sözlərinə əsəbiləşən Türkeşin qızı zalı tərk etdi: "Sənə ayıb olsun!" - Parlamentdə gərginlik
Millimizin üzvü dava saldı, stadionun şüşəsini sındırdı - VİDEO
Ata oğluna narkotik ötürmək istəyib - Həbsxanaya
Vəzifədən azad edilən general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
GDU-da “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma”
mövzusunda elmi seminar keçirildi - FOTOLAR
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun dəyişib - Prezident təsdiqlədi
Bu xidmətin işçilərinin sayı artırıldı - Fərman
Prezident Fərman imzalayıb
Prezident MDB ilə bağlı sazişi təsdiqlədi
Prezident İlham Əliyev fərman verdi - Yeni Regional idarə yaradıldı
Yağış yağacaq - Sabahın hava proqnozu
CHP-də növbəti istefa olub
GENERAL VƏZİFƏDƏN ÇIXARILDI - Gömrükdə daha bir dəyişiklik
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı açıqlama: "...nalayiq işlərlə məşğul olmağa başlayıb"
Rüfət Həsənov “SOCAR Türkiye”də yeni vəzifəyə təyin olundu
İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanlayıb
Sabiq nazir: "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" - "Onların da layiqli cəza almasının vaxtı çatıb"
İrandan Azərbaycana yenə PUA ilə narkotik keçirmək istəyiblər
Xırdalanda 20 yaşlı gənc öldürülüb - Açıqlama (Yenilənib)
Partiya sədri: "30 ildir müxalifət düzəldib ayaqda saxladığı partiyalar..." - "Məni Ramiz Mehdiyevn media, məmur və siyasi ayaqları maraqlandırır"
ABŞ və Böyük Britaniyadan birgə "Bitcoin əməliyyatı" - 14 milyard dollarlıq kriptovalyuta və...
Xəzər Universitetinin yeni rektorunun təqdimatı olacaq - Bu tarixdə
II Milli Şəhərsalma Forumu işinə başlayıb - Xankəndidə
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - FOTOLAR
Çin 60 min xəritəni yandıracaq - Tayvan və kiçik adalara görə
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
Ramiz Mehdiyevin topdağıtmaz sərvətinin bir qismi... - SİYAHI