Klintonun məğlubiyyəti, Putinin qələbəsi...

img

09-11-2016 [14:41]


Zahid ORUC, millət vəkili

Bir neçə gün öncə İspaniyanın nəşrlərindən biri Donald Trampın Putinə telefon açaraq onun prezident seçkilərini qazanmasından sonra Klintonun gələcək taleyi haqqında xəyali bir söhbət qurmuşdular. 

Gerçəkliyə yaxın görünməsə də, hər iki prezident birgə qələbəsini qeyd edərək rəqiblərini "tonqalda yandırmaq" istəyirdilər. 

Deyəsən, ispan münnəcimlərinin lətifə olaraq düzüb-qoşduqları hekayə doğru çıxır.

Bir il altı ay davam edən seçki kampaniyasında baş verən bütün fatal hadisələrə baxmayaraq,Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi. Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi. 

Deməli, dünyada Trampa rəsmi Ağ Evin və Klinton komandasının təbliğatı özünə böyük tərəfdarlar qazanmadı. Nəticədə Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi. Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar, yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəliyə sürəcəklər. Lakin reallıq bununla dəyişməyəcək: - Putinə nifrət Amerikada qalib gəlmədi.

Hər iki Obama bütün dövlət resurslarını rəqiblərinin əleyhinə çevirəsələr də,hətta az qala Federal Kəşfiyyat Bürosunun rəhbəri Kameyi Rusiyanın xeyrinə casusluqda günahlandırsalar da, Putinin Ağ Ev üzərindəki kölgəsini yox edə bilmədilər. Kiberhücumlar Moskvanın qələbəsinə səbəb oldu.
İndi Yaxın Şərqdən Qafqaza,Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulması mümkün olacaqmı, bunu yaxın gələcək göstərəcək. Lakin Amerikada siyasi zəlzələlər törədiləndə, dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb.

Tramp kimin taleyini təkrarlayacaq: - Reyqanın, Buşun, yoxsa Kennedinin? 

Amerika xalqının hüzur və əminamanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır. Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanıın üzərinə dünyadakı antiamerikanistləri də gəlsək, Trampın qlobal missiyasını anlamaq, o qədər də çətin olmayacaq.

Amerika təkcə amerikalıların deyil. Tramp yalnız bir ölkəni təmsil etmir. Ona görə də seçki qələbəsini idarəçilikdə doğrultmaq hələ zaman tələb edir.

İnaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək. Bax, onda seçki çıxışlarını çoxları xatırlamayacaq!

Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir: "Qızıl kimdədirsə, qızıl qanun da ondadır!".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq