İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı

img

13-01-2026 [16:38]


Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq Dostaliyevə məxsus torpaq sahəsi hərraca çıxarılacaq.

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sahəsi 4,7825 hektar olan torpağın start qiyməti 20 faiz endirimlə 8000 manatdır.

Torpaq sahəsi Hacıqabulun Meyniman kəndində yerləşir.

Hərrac yanvarın 21-də keçiriləcək.

Natiq Dostalıyev 2024-cü ilin iyul ayında Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA