14-03-2019 [00:08]
Qoç - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.
Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.
Axşam saatlarında diqqətli olun.
Buğa - Rəqibləri geridə qoyaraq irəliləmək şansları var. Şəxsi münasibətlərdə də yeniliklər zamanıdır. Maliyyə əməliyyatları, alış-veriş, yaradıcılıq üçün münasib zamandır.
Bir işi başa vurmamış digərinə başlamayın. Tələsmədən çalışın. Mühüm məsələ ilə bağlı mövqelərinizin dəyişməsində qorxulu heç nə yoxdur. Maliyyə ilə bağlı təklif alsanız, düşünülməmiş qərar qəbul etməyin. Olayların cari fəaliyyətinizə təsir səviyyəsini hesablayın.
Başqalarının hesablamalarına uymayın. Yalnız sizə sərfəli addımlar atın.
Əkizlər - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.
Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.
Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.
Xərçəng - İşlərinizdə irəliləmək üçün rasional düşünün. Qərar qəbul edəndə ön planda olmayın. Perspektivlər sizi təmin edirsə, işə başlayın.
Fərdi qərarlarla müqayisədə kollektiv müzakirələr daha yaxşıdır. Maraqlarınızın olduğu sahədə qarışıqlıq və anlaşılmazlıq yaratmaq istəyən insan var. Təşəbbüskar davranın, amma düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında mövqelərinizi daha təhlükəsiz etmək üçün zəruri addımlar atın. Münasibətlərdə heç nəyi korlamayın. Ehtiyatlı, sayıq olun.
Axşam saatlarında alış-veriş etmək, qarderobu yeniləmək olar. Dostlardan maraqlı xəbərlər alacaqsınız.
Şir - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni problemlər yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini qulaqardına vurmayın. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin öhdəsindən gələ bilərsiniz.
Qız - Uzaqdan yaxşı məsləhət alacaqsınız. Təmasları aktivləşdirin. Təcrübənizi yaxın ətrafınızdakı insanlardan biri ilə paylaşa bilərsiniz. Müxtəlif ağırlıqda və səviyyədəki problemlərin həllində tələskənliyə yol verməyin. Təmirə başlamaq, yaşam arealını yeniləmək olar.
Ailə və məşiət qayğılarının aradan qaldırılması üçün münasib zamandır.
Günün ikinci yarısında aqressiv, səbirsiz, qısqanc olmayın. Hansısa məsələ ilə bağlı fikirlərinizin absolyut həqiqətə bənzəməməsi ilə barışın.
Münasibətləri gərginləşdirməmək üçün iradlarla tənqidləri azaldın. Rasionunuza fikir verin. İdmanla məşğul olun.
Tərəzi - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.
İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.
Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq.
Əqrəb - Maliyyə məsələləri xüsusi aktuallıq kəsb edəcək. Sərmayələr, alış-veriş, bankdan kredit almaq üçün sərfəli zamandır. Danışıqlarda mövqelərinizi qorumağa çalışın.
Özünüzü daha səbatlı, əmin və təhlükəsiz hiss etmək üçün situasiyadakı yenilikləri nəzərdən qaçırmayın.
Günün ikinci yarısında əhəmiyyətli layihənin reallaşdırılmasına başlamaq olar. Fəaliyyətin yeni istiqamətini götür-qoy edin.
İntuisiyanızın səsinə qulaq asın. Risk etmək olar.
Axşam saatlarında fiziki təmrinlərlə məşğul olmaq olar.
Oxatan - Şərtləri təhlil edin, situasiyadan istifadə edin. Sizə dəyər verən insanın maraqlarını qulaqardına vurmayın. Yaxşı tanıdığınız insanla əməkdaşlıq edin.
Peşəkar fəaliyyətdə ciddi irəliləyiş istəyirsinizsə, aktiv olun.
Günün ikinci yarısında yaşamınızı yaxşılaşdırmaq imkanlarını əldən verməyin. Xırdalıqlara və detallara həddən artıq əhəmiyyət verməyin. Danışıqlar və ya müzakirələr aparacağınız insanların emosional durumunu nəzərə alın.
Axşam saatlarında şəxsi münasibətlərdə qəfil impuls olacaq. Sevdiyiniz insanla istirahətə üstünlük verin.
Oğlaq - Seçim qarşısında qalacaqsınız. Aldığınız təklifləri tələsmədən dəyərləndirin. Zərurət yaranarsa, tələsin. Ətalət və tənbəllik zamanı deyil. Problemlərin həllinin sınanmış metodları işlək deyil. Yaşam göstərir ki, yeni variantların nəzərdən keçirilməsi zamanı çatıb.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız. Anlaşma və müqavilələrdə gecikmələr ola bilər. İlkin nəticələri möhkəmləndirin. Uğurlara nail olmağa çalışın.
Şəxsi münasibətlərdə anlaşılmaz situasiyalar yaratmayın. Maliyyə əməliyyatları üçün münasib zamandır.
Dolça - Günün ilk yarısında başladığınız işlərdə və təşəbbüslərdə uğur qazana bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. İşlərin qaydaya salınması, şəxsi münasibətlərin tənzimlənməsi üçün yaxşı zamandır. Hadisələrə təsir imkanları böyük olan insanla aktiv ünsiyyətdə olun.
Günün ikinci yarısında xəbərlərə, sizə yaxın insanların durumuna laqeyd qalmayın. Onlara üzləşdikləri problemlərin həllində yardım edin. Situasiya uğursuz olsa da, irəliləyiş əldə edə bilərsiniz.
Axşam saatlarında qohumlardan birinə yardım edin. Səhhətinizin qeydinə qalın.
Balıqlar - Əyləncə və istirahət fikirlərini təxirə salın. Çoxsaylı problemlər yarana bilər. Planlaşdırdığınız bəzi tədbirləri və işləri təxirə salmalı olacaqsınız. Səbrli və təmkinli olsanız, situasiya sizi qıcıqlandırmayacaq.
Günün ikinci yarısında yaxınlarınızın qəlbinə dəyməyin. Etibarlı və sınanmış dostlarla müzakirələr vasitəsilə problemləri həll etmək olar. Yeni tanışlarla ehtiyatlı davranın.
Axşam saatları insanların gur olduğu yerə qatılmaq və ya uzaq yola çıxmaq üçün əlverişli deyil (Milli.Az).
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir