General-mayor təqaüdə göndərilib

img

13-01-2026 [16:27]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.

Məlumata görə, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu/Qayqanrinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA