"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb

img

13-01-2026 [17:23]


"ARB" kanalının yayımı yanvarın 15-də 3 saatlıq dayandırılacaq.

Mia.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın bugünkü onlayn iclasında qərar qəbul edilib.

Qeyd edilib ki, yanvarın 10-da kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib. Yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.

Beləliklə, "Media haqqında" qanunun əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməsi ilə bağlı maddə pozulub.

"Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının yanvarın 15-də 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər", - məlumatda vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA