Qulu Məhərrəmlinin ?Mediada izlənən alınma sözlər? izahlı lüğəti izıq üzü görüb

img

26-05-2009 [02:01]


Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin ?Mediada işlənən alınma sözlər? izahlı lüğəti işıq üzü görüb. Peşəkar jurnalistika ilə yanaşı, elmi-pedoqoji fəaliyyətlə də məşğul olan Q.Məhərrəmli jurnalistikanın özəlliklə teleradionun elmi-nəzəri və təcrübi problemlərinə dair 20-dən çox kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Lüğətçilik sahəsində faydalı işlər görən müəllifin ilk izahlı lüğəti olan ?Kino, televiziya, radio terminləri? kitabı 2002-ci ildə çapdan çıxıb. Q.Məhərrəmli hazırda müəllif qrupu ilə birlikdə ?Məktəblinin alınma sözlər lüğəti? üzərində işləyir. Lüğətdə son 15-20 ildə mətbuatda, televiziya və radio verilişlərində fəal işlənən yeni alınma sözlərin, həmçinin vaxtilə dilimizin lekskikonuna daxil olmuş və müasir ictimai-siyasi, texnoloji şəraitdə işləkliyini daha da artırmış ifadə və terminlərin izahı verilib. Məlumat üçün qeyd edək ki, kitab Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya komissiyasının qərarı ilə ?Elm? nəşriyyatında çap olunub. 2000-dən çox sözün izahı verilən lüğətdə yeni alınmalarla yanaşı, vaxtilə dilimizin leksik fonduna daxil olaraq passiv qalmış, lakin yeni ictimai-siyasi və texnoloji şəraitdə işləkliyini almış alınma terminlər də daxil edilib. Ölkəmizin nəşriyyat və lüğətçilik təcrübəsində yeni hadisə olan bu izahlı sözlük Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistikası kafedrasında hazırlanıb. Layihəyə görkəmli dilçi alim Ağamusa Axundov rəhbərlik edib. Lüğətin əsas məqsədi müasir Azərbaycan dilinin leksik mənzərəsində alınma sözlərin yerini, işlənilən məqamlarını göstərmək, ilk növbədə bu sözlərin izahını vermək, onları yerli-yerində işlətməkdə oxuculara və media əməkdaşlarına yardım etməkdir. Buna görə də lüğətdə alınma sözlərin filoloji izahı ilə yanaşı, düzgün yazılış və tələffüz qaydaları, vurğusu da göstərilib. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu sözlük leksik vahidlərin izahı və materialların təqdimatı baxımından ənənəvi lüğətçilik prinsiplərinə əsaslanır. Lüğətin girişində kitabın hazırlanmasının məqsədləri açıqlanarkən göstərilir ki, cəmiyyətin müxtəlif sahələrində gedən proseslər və dünya ilə çoxşaxəli əlaqələr Azərbaycan dilinə çoxlu alınma sözlər gətirir. Digər tərəfdən yeni formasiyaya keçidin xarakterinin özü də proseslərin ifadəsi üçün yeni anlayışlar tələb edir. Yeni dil şəraitində baş verən bu proseslər vaxtilə dilimizin lüğət fonduna daxil olaraq leksik layda öz yerini tutmuş bəzi sözləri də ?hərəkətə? gətirir. Lüğətdə məhz bu proseslərdə meydana çıxan söz və terminlərin izahı vacib sayılıb. Lüğətdə izahı verilən leksik vahidlərin seçilməsində son illərdə, əsasən, Avropa dillərindən Azərbaycan dilinə keçərək mediada aktiv işlənən yeni alınmalar və vaxtilə dilimizin leksik fonduna daxil olmuş, müəyyən dövrdə passiv qalmış, lakin indiki ? yeni ictimasi-siyasi və texnoloji şəraitdə işləkliyini artırmış sözlər haqqında iki prinsipə əsaslanıb. Lüğətin ön sözünün müəllifi akademik Ağamusa Axundovdur. Akademikin yazdığı girişdə başqa dillərdən dilimizin lüğət fonduna yeni sözlərin, terminlərin daxil olması zərurəti izah olunub. Həmçinin 20-ci əsrin sonlarında müstəqilliyinin ikinci dövrünə qədəm qoyan dilimizin termin yaradıcılığında müşahidə olunan meyllərdən bəhs olunub. Qeyd olunub ki, lüğət təkcə qarşısına hər hansı alınma sözün izahını vermək məqsədi qoymayıb. Burda həm də zərurət olduqda həmin söz haqqında məlumat verilib, onun işlənmə məqamı və bəzən qrammatik xarakteirstikası göstərilib, həmin söz məxrəcində yaranan digər oxşar ifadə və anlayışlar da göstərilib: ?Bu baxımdan təqdim olunan sözlük ?böyük? lüğətləndən, sözün yaxşı mənasında, fərqlənir. Lüğətin müəllifi Qulu Məhərrəmlinin həm peşəkar jurnalist kimi zəngin iş təcrübəsi, həm telepublisist kimi yüksək yazı və danışıq mədəniyyəti, həm də elmi araşdırmaçı kimi müasir ədəbi dil materiallarına və bu dildə gedən proseslərə yaxından bələdliyi var. Təbii ki, lüğətin uğurlu alınmasında bu vacib amillər də əhəmiyyətli rol oynayıb. Oxucuların ixtiyarına verilən bu lüğət də kifayət qədər elmi səriştə ilə hazırlanıb və güman edirik ki, kitab təkcə mətbuat işçiləri, teleradio əməkdaşları üçün deyil, Azərbaycan ədəbi dilinə , bu dildə gedən proseslərə biganə qalmayan hər kəs üçün faydalı vəsait olacaq?. Məlumat üçün qeyd edək ki, ənənəyə uyğun olaraq lüğət əlifba prinsipi ilə tərtib edilib. Lüğətə həm sadə, həm mürəkkəb sözlər daxil edilib. Əsas sözlər vurğuları göstərilməklə vurğuları göstərilməklə nisbətən iri və qara şriftlərlə verilib. Əvvəlcə alınma söz, ardınca həmin sözün mənşəyi, etimoloji mənası, sonra isə müasir mənaları izah edilir. Qeyd edək ki, lüğət Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun dəstəyi ilə çap edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR