Prezident və birinci xanım Gəncədə - FOTOLAR (YENİLƏNİR)
20-08-2025 [17:17]
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Mia.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.
Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.
Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Miaa.z xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.
Qeyd edək ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Mia.az xəbər verir ki, “Azerbazalt” MMC-nin təsisçisi Rafət Əliyev dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verib.
Bildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, 3D printer üçün xammal olan filamenin və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə strateji dəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlə təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq.
Qeyd edək ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.
Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edəcək, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq. Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal zəncirini möhkəmləndirəcək.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.
Mia.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
Bildirilib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində bütün aidiyyəti qurumlar səfərbər olunub, genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa və tikinti işləri həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən indiyədək 120-dən çox küçənin asfalt örtüyü yenilənib, əsaslı təmir işləri görülüb. Yenidənqurma işləri şəhərdəki bir neçə parkı da əhatə edib. Bütün bunlarla yanaşı, küçələrin işıqlandırılması, şəhərin müxtəlif yerlərində yeni yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülüb.
“Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.
Qırıcılarımız Bakı səmasında… - VİDEO
Nazir Vilayət Eyvazov polis olmaq istəyən 189 nəfəri növbəti mərhələyə buraxıb - VİDEO
Rəqqasə: “Zalımların o dünyada yanmasının nə xeyri var?”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının üç rayounda qaz olmayacaq
"Yazıqsınız, özünüz kirayədə yaşayırsınız, qızımın isə 3-4 evi var" - Deputat övladının şikayətini tirajlayanlara belə ismarıc yolladı (VİDEO)
PREZİDENT BU SƏFİRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar (YENİLƏNİB)
ONLARIN MAAŞI ARTIRILDI - Baş nazir qərar imzaladı (SİYAHI)
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış? - FOTOFAKT
"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan olunub - Şərtlər
Qəzzada daha 8 nəfər öldürülüb
Bakıda və Abşeronda güclü külək olacaq - Xəbərdarlıq
Ölkədən çıxışa qadağa... - Vergi Xidməti yeni mobil tətbiq yaradır
Türklər Monteneqroda dava saldı, ölkə vizaları dayandırdı - Rəsmi Ankara "prosesi diqqətlə izləyirik" mesajı verdi
Dağ çaylarında daşqın gözlənilir
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Zabil Qəhrəmanovun həbsindən şikayəti verilib
MƏRC OYUNLARI TÜRK FUTBOLUNDA ZƏLZƏLƏ YARADIB - Hakimlər "qara həlqə"yə alındı, 371 hakim...
Polkovnik qonşusuna belə yumruq atdı - VİDEO
Berris Ekinci Azərbaycana gəlib
YAP-çı deputat qorxuya düşdü və köməkçisini "topun ağzına" atdı - Əli Kərimliyə görə
Ramiz Mehdiyevin qızının əri sabiq deputatı rüsvay elədi: "O, bizim qapımızın ağzında dayanan, ayaqqabımızı..."
Dövlət Komitəsinin gənc əməkdaşı dünyasınə dəyişib
Bağçalara işə qəbul üzrə keçid balları müəyyən olunub
"Övladları üzərindən alver aparanlar var" - Tağı İbrahimov
Sabahın hava proqnozu açıqlanıb
“Yelo Bank” zəmanət verdi və pulu "yedi" - QALMAQAL
Qarabağ sonasında daha 1644.6 hektar ərazi minalardan təmizlənib
Dövlətə 81,5 milyon manat zərər vuran 30 nəfər cinayət məsuliyyətinə cəlb olunub - Axtarışa verilənlər var
I Qarabağ müharibəsinin daha 16 itkin-şəhidi dəfn olunacaq - SİYAHI
Nazir, komitə sədri və... - Onların qəbul günü (CƏDVƏL)
Əli Əsədov yeni qaydanı təsdiqlədi - Dövlət qurumlarında informasiya diaqnostikası ilə bağlı
HƏKİMƏ HÖKM OXUNDU - Alimin ölümünə görə
“Bəli, mən partiyanın sədri seçilmişəm" - Elçin Ağamalı sənədləri Ədliyyə Nazirliyinə göndərir
Allahşükür Paşazadə Papa ilə görüşəcək
Dabaq ölkəmizdə necə kütləviləşib? - AQTA nazirlik haqqında məxfi hesabat hazırlayıb? (Açıqlama)
Almaniyada quş qripi: 400.000-dən çox quş məhv edilib
Cəlilabadda 1 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
Bəylər Eyyubovdan əvvəl katibliyin rəisi kimlər olub? - PA-dakı dəyişikliklə bağlı maraqlı məlumat yayıldı
Pensiya kapitalı nə qədər artırılacaq? - Deputat detalları açıqladı
Maşın arı qutularına çırpıldı - Qəzəbli arılar iki nəfəri öldürdü