Prezident və birinci xanım “Hacıkənd”də - Ramin Quluzadə hesabat verdi + FOTOLAR
20-08-2025 [17:25]
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar.
Mia.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma görülən, həmçinin həyata keçiriləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən Kompleksin ümumi sahəsi 23 hektara yaxındır.
Eyni vaxtda 452 qonağın qəbulu üçün nəzərdə tutulan Kompleks müxtəlif kateqoriyalı 133 nömrədən, 19 birmərtəbəli standart və 10 ikimərtəbəli VIP kottecdən ibarət olacaq. Füsunkar təbiət mənzərələri ilə zəngin bu məkanda milli və beynəlxalq mətbəxin ləziz təamlarının təqdim olunacağı restoran və kafelər fəaliyyət göstərəcək. Burada qonaqlara istirahətlə yanaşı, sağlamlıqlarını təmin etmək məqsədilə də zəruri şərait yaradılacaq. Onların qapalı hovuzda istirahət etməsi, ənənəvi SPA xidmətlərindən istifadəsi, müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalından faydalanması nəzərdə tutulur.
Kompleksdə istirahətin daha əyləncəli keçməsi üçün karaoke, masaüstü oyunlar otağı və uşaqlar üçün unudulmaz anlar vəd edən rəngarəng xüsusi zonaların fəaliyyət göstərməsi planlaşdırılır. Ərazidə yerləşəcək futbol və basketbol meydançaları, yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda fəal istirahət imkanı təqdim edəcək.
Eyni zamanda Kompleksdə işgüzar görüşlər, konfranslar və müxtəlif təyinatlı tədbirlərin təşkili üçün müasir texniki avadanlıqla təchiz ediləcək teatral üslubda 90 nəfərlik konfrans zalı yaradılacaq.
Kompleks fəaliyyətə başladıqdan sonra burada ümumilikdə 300-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, bu istirahət mərkəzinin istifadəyə verilməsi bölgədə turizm potensialının möhkəmləndirilməsinə, məşğulluğun səviyyəsinin artırılmasına, ümumilikdə sosial-iqtisadi inkişafa böyük töhfə verəcək. Beləliklə, Qafqaz dağlarının ətəyində, sıx meşələrlə əhatələnmiş “Hacıkənd” İstirahət Kompleksi qonaqlara təbiət qoynunda istirahət imkanları təqdim etməklə regionun turizm xəritəsində mühüm yer tutacaq.
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb