Iqtidar gəncləri kürsü üçün savazır

img

13-05-2009 [12:35]


?Gənclər Təşkilatları Milli Şurasının(GTMŞ) sədri deputat Fuad Muradovla hakimiiyyətyönlü "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı arasındakı ziddiyətlər dərinləşir". Bu barədə dünən xeberdar.info məlumat yayıb. Xəbərə görə, bir zamanlar Ceyhun Osmanlının nəzarət etdiyi Könüllər İctimai Birliyinin GTMŞ-dən istefa verib çıxması ilə başlanan münaqişə indi daha da kəskinləşib. Hətta iş o yerə çatıb ki, artıq tərəflər bir birinə qarşı kompramat savaşına çıxıblar. Belə ki, növbəti parlament seçkilərində hakim partiyanın namizədi olmağa can atan Osmanlı artıq əməli fəaliyyətə keçib. Bir sıra ciddi layihələri ?İrəli?nin adından reallaşdırmağa nail olduğu üçün C.Osmanlının şansları daha çoxdur. Bu günlərdə icrasına start verilən fərdi təşəbbüslərin dəstəklənməsi layihəsində ayrı-ayrı gənclərə qrant verilməsi də təsadüfi deyil. Bu layihəni reallaşdırmaqla ?İrəli? Fuad Muradovun başçılıq etdiyi Gənclər Təşkilatları Milli Şurasını oyundan kənar edib. ?Yeni Müsavat?ın əldə etdiyi məlumatlarda isə deyilir ki, hakimiyyət 2010-cu il parlament seçkilərində gəncləri önə vermək qərarındadır. Bu qərar hələ ötən ilin yayında verilib. İqtidar gəncləri arasında savaşın da kökündə məhz bu fakt dayanır. Məlum olduğu kimi, 2005-ci il parlament seçkilərində hakimiyyət Fuad Muradov, Əkrəm Abdullayev və Aydın Abbasova deputat olmaq imkanı yaradıb. 2010-cu il parlament seçkilərində adı çəkilən trionun mandat əldə etməsi sual altındadır. Çünki ortaya yeni namizədlər çıxıb. Həmin namizədlər siyasi səhnədə 3 ildən artıqdır ki, fərqlənən Ceyhun Osmanlı və Ramil Həsənovdur. Etibarlı mənbələr iqtidarın növbəti seçkilərdə məhz ikinci birliyə üstünlük verəcəyinə təkid edir. Çünki son illər həm ?İrəli? İctimai Birliyinin sədri Ceyhun Osmanlı, həm də YAP Gənclər Birliyinin sədri Ramil Həsənov üçün çox ciddi imkanlar açılıb. Xüsusilə də, əvvəl gənclər hərəkatı kimi fəaliyyət göstərən ?İrəli?nin hər cür şəraitlə təmin olunması, bütün maliyyə və informasiya resurslarının onların üzünə açılması təsadüfi deyil. Ədalət naminə qeyd etməliyik ki, C.Osmanlının öz ətrafına müəyyən qədər gənc toplaya bilməsi də ona əlavə şanslar qazandırır. Ramil Həsənov isə YAP Gənclər Birliyinə ən çox rəhbərlik edən şəxslərdən biridir. Haqqında müxtəlif söz-söhbətlər dolaşmasına baxmayaraq, onun indiyə qədər postunda qalması R.Həsənovun hakimiyyətin diqqətində olduğunu sübut edir. Mənbəmiz deyir ki, bu şəxslər özlərini deputat kimi doğrulda bilməyiblər və onların fəaliyyəti haqqında iqtidara çoxlu şikayətlər daxil olub. Hətta F.Muradov Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik edəndən bir sıra ciddi təşkilatlar qurumu tərk edib, qurumun dayaqları sarsılıb. Xəbərdə vurğulanır ki, C.Osmanlı və R.Həsənov cütlüyü bu vəziyyətdən istifadə edib rəqiblərini tamamilə nüfuzdan salmağa çalışır. Onların gənc deputatlar üzərində ilk qələbəsi 2008-ci ildə baş verib. C.Osmanlı və R.Həsənov ötən il keçirilən prezident seçkilərində hakimiyyətin namizədi İlham Əliyevin vəkilləri təyin olunmuşdular. 50 nəfər vəkilin sırasına gənc deputatların deyil, onların adının daxil edilməsi heç də təsadüfi sayıla bilməz. Vəkillərin siyahısının İlham Əliyevin şəxsən özü ilə razılaşdırıldığı şübhəsizdir. Bu fakt onu deməyə əsas verir ki, 2008-ci ildə vəkili kimi seçdiyi gənclərin 2010-cu ildə deputat olmasına dövlət başçısının xeyir-dua verəcəyi ehtimalı həddən artıq böyükdür. [b]?Yeni Müsavat?[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR