06-07-2013 [21:54]
Çoxumuzun hətta ən yaxın, ən doğma adama belə söyləyəcəyimiz sirrimiz
var. Biziəağrıdan odur ki, bu sirlərdə günah notları ağırlıq təşkil
edir. Bəs nə etməli, harada, kimin qarşısında tövbə etməli? Maya-kovski
demişkən:
Nə yoxsuldu dünyanın
söz emalatxanası!
Lazım olan bir sözü
Kimdən, ya hardan alaq?
Ən
münasib çıxış yolu yaxşı əməllərləətövbə etməkdir. Günahın böyüklüyü
vicdanın həssaslığıyla ölçü-lür. Günahın böyüklüyü vicdanın
həssaslığınaəmünasibdir. Vicdan nə qədər həssasdırsa, günah da bir o
qədər böyükdür. Əgər insan deyilən bir varlıqda vicdan yoxdursa, o,
günah hissinin də nə olduğunu bil-məyəcək. O, özünü bir az da haqlı
hesab edərək, insanlığa yaraşmayan hər cür hərəkəti edə biləcək. Əgər
insan deyilən bir varlığın vicdanı həssasdırsa, o, hətta keçmişdə
törətdiyi yüngülvari zorakılığı da özünə dərd edəcək.
Vudi Alenin
bir filmi var. Filmdə deyilir ki, insanın nə qədər cəza alması önəmli
deyil, əsas odur ki, insan özü özünü günahkar hesab etsin. İnsan özü
bağışlanmağı üçün vasitələr axtarsın.
***
Bəzi ağır
sualların çox sadə cavabı var. Sadəcə, insan ağır suallaraəsadəəcavablar
aldıqda bununla razı-laşmır, daha ağır mətnlərdə öz suallarına cavab
axtarır. Sadə mətnləri elə gərginliklə oxuyur ki, ən sadə mesajları belə
tuta bilmir. Biz fikrimizi ifadə etmək üçün başqa mətnləri köməyə
çağırmaq məqsədiylə axtarışa çıxanda daha çoxəsadə mətnlərlə
rastlaşırıq. "Robinzon Kruzo", "Qulliverin səyahəti", "Mauq-li"... Dəb
və forslanmaq üçün oxuduqlarımızı çətinliklə tapırıq. Eqomuz imkan
vermir ki, ağır sualların sa-də cavabları ilə kifayətlənək. Yaş ötür və
bunu dərk etdikdə isə daha gec olur. Həyatın da elə ən ağır
tə-rəflərindən biri odur ki, məşq yoxdu. Birbaşa səhnəyə çıxırsan. Ќəyin
düz, nəyin səhv, nəyin savab, nə-yin günah olduğunu dərk edincə
baxırsan ki, ömrün yarısı getdi.
Axtardığımız yanımıdadı, amma biz
onu görmürük. Buyurun, hind yazıçısı, Ќobel mükafatı laureatı Taqor sadə
dillə yazılmış bir hekayəsində bu məsələnin bədii həllini verib. Sadə
dillə yazılmış bu kiçik hekayə-nin məna ağırlığı ölçüyəgəlməzdir.
Ölüm
qədər arıq, kilkə saçlarını toz basmış, dodaqları tutqun qəlbi kimi
möhkəm qısılmış, gözləri öz dişi-sini axtaran işıldaquşsayağı yanan
azğın bir sərsəri iksir daşı axtarırdı.
Qarşısında ucu-bucağı
görünməyən dəniz uğuldayırdı. Gurultulu dalğalar ara vermədən gizlin
xəzinələr-dən danışıb, onların dilini anlamayan bu nadana gülürdü.
Onun,
bəlkə də, heç bir ümidi qalmamışdı, amma dincəlməyi ağlına da
gətirmirdi, çünki axtarış onun hə-yatının yeganə qayəsi olmuşdu.
Okean ağuşuna daim irişilməz səmaya açan kimi. Ulduzlar irişilməz həddə çatmaq üçün daim dövr etdik-ləri kimi.
O
da, kilkə saçlarını toz basmış o divanə də tənha sahillərdə
veyllənə-veyllənə, iksir daşı axtarırdı. Bir dəfə bir kəndli uşaq ona
yaxınlaşıb soruşdu:
- Söylə görüm, belindəki bu qızıl zənciri haradan tapıbsan?
Divanə
diksindi, - bir zaman dəmirdən olan həmin zincir doğrudan da dönüb
qızıl olmuşdu; bu, yuxu de-yildi, amma o divanə bu dəyişikliyin nə vaxt
baş verdiyini duymamışdı. O, vəhşi bir hərəkətlə əllərini ba-şına
apardı, - Of, necə olmuşdu, necə olmuşdu ki, özü də bilmədən belə bir
müvəffəqiyyətə nail olmuş-du?
O, artıq vərdiş etmişdi, - yerdən
daşları qaldırıb, zəncirə toxundurur və bir dəyişiklik olub-olmadığına
heç baxmadan, daşı tullayırdı. Beləliklə, divanə iksir daşını həm
tapmış, həm də itirmişdi.
Günəş qüruba enir, göy üzünü başdan-başa
zər bürümüşdü.ə Divanə taqətdən düşmüş, beli bükülmüş, qəlbi kökündən
qopardılmış bir ağac kimi puç olmuş bir halda itirdiyi xəzinəni yenidən
axtarmağa başla-dı.
* * *
Bir az cəsarətli olsaq və
sadə cavablardan qorxmasaq görərik ki, "Tanrı nədi?" sualına ədəbiyyatda
"Tan-rı vicdandır" cavabını tapa bilərik. Məhz vicdan və mərhəmət
hissini daima oyandırmaqla, qıcıqlandır-maqla ədəbiyyat zəifləri
güclülərdən qorumağa cəhdlər edib. Buna görə vicdan hissini önə çəkən
əsər-lər zaman-zaman asanlıqla dövriyyəyə girir.
Knut Hamsun deyirdi
ki, yazıçı yazmaqla daima tövbə edir. Əlbəttə, bunu bütün əsərlərə
şamil etmek olmaz. Lakin elə əsərlər dəəvar ki, insan onları oxumaqla da
bir növ tövbə etmiş olur. Bu əsərlər heç ol-masa, bizim vicdan
limitimizi bir balaca qoruyur, bəzən də artırır. Düzdü, oxumuş qatillər
də var. Buna görə Conatan Svifi deyirdi: "Pozulmuş şüur yırtıcı insan
kütlüyündən daha pisdi".
Amma işin başqa tərəfi də var. Lyosa deyir:
"Əgər ədəbiyyat insanlarda hətta azadlığın illuziyasını yarat-sa belə,
bunun özü diktatorlar üçün çox qorxuludu".
Dəqiq ifadədi. Elə buna
görə də zora söykənmiş bütün sistemlər ədəbiyyatı nəzarət altında
saxlamağa çalışıblar. Sözü mühasirəyə alıblar. Bunun nəticəsidir ki,
ədəbiyyat digər sahalərə nisbətən daha çox itki verib. Sürgünlər,
həbslər, edamlar, işgəncələr, intiharlar...
Söz imperiyalar yaradıb,
söz imperiyalar çökdürüb. Hansı din, hansı sistem sözə zorakılıqla
cavab verib-sə, nufuzunu itirib. Sözə zorakılıqla cavab verən sistemin,
dinin, hər hansı təşkilatın yaxşı reputasiyası ola bilməz.
***
"Azadlıq
nədir?" sualını eşidəndə həmənəŞarl De Kosterinə"Ulenşpigel
əfsanəsi"əəsərindən bir məqa-mı xatırlayıram. Aşağıdakı cümlələr mənim
üçün "Azadlıq nədir?" sualına verilmiş ən sadə və ən gözəl cavablardan
biridir.ə Deməli, uşaq evə girmiş quşu tutub qəfəsə salmaq istəyir.
Birdən atası onu səslə-yir:
- Sən nə atılıb-düşürsən?
- O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
-
Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni
yoğun, dəmir çubuqlu qə-fəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura
qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq,
amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında
bişəcəksən. Son-ra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb
sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda
görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb.
Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq
dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına
bilsin, istədiyi vaxt istidə və kölgədə otura bilsin.