DİPLOMATLARLA BAĞLI SƏRT QANUN: işlədikləri ölkədə "romantik əlaqə" qadağan edilir

DİPLOMATLARLA BAĞLI SƏRT QANUN: işlədikləri ölkədə \"romantik əlaqə\" qadağan edilir

GÜNDƏM

Bugün, 13:57

Kanada xaricədki diplomatları ilə bağlı sensasiyalı qanun qəbul etməyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər xəbər verir ki, diploamtlara bundan sonra xaricdə işlədikləri ölkələrdə yerlilərlə "romantik münasibət" qurmaq qəti şəkildə qadağan olunacaq.

Məlumatda deyilir ki, Kanada hökuməti xüsusiylə Çin və Rusiyadakı diplomatların bu yolla "tələ"yə salınma riskini çox yüksək sayır: "Belə yüksək riski nəzərə alaraq, diplomatlara  xidmət etdikləri ölkələrdə romantik əlaqələr, sevgui münasibətləri  qadağan olunacaq. Bu qadağanı pozan diplomatlar nəinki geri çağırılacaq, ümumiyyətlə, diplomatik xidmət sahəsindən birdəfəlik xaric olunacaqlar".

Kanadanın "National Post" nəşri yazır ki, təhlükəsizlik problemləri səbəbindən hazırlanan qayda tanışlıq tətbiqlərinin istifadəsini də əhatə edəcək.

Məlumatda ABŞ-ın da 2025-ci ilin yanvar ayında Çindəki işçilərinə oxşar qadağa qoyduğu da xatırlanıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR