Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı
PRESS
Bugün, 17:09
Azərbaycanda süni intellekt əsaslı yeni rəqəmsal reklam platforması Agentlik.Az fəaliyyətə başlayıb.
Mia.az xəbər verir ki, Agentlik.Az maliyyə və biznes platforması kimi tanınan Valyuta.Az saytının təsis etdiyi texnoloji startapdır.
Platforma xidmət və məhsullarını internetdə reklam etmək istəyən sahibkarlara, xüsusən də startap sahiblərinə geniş imkanlar təklif edir. Belə ki, istənilən biznes sahibi öz məhsullarını istər xəbər saytları, istərsə də Facebook və İnstagram kimi sosial şəbəkələrdə reklam edə, kampaniyalarını vahid kanaldan idarə edə bilir.
Platformanın istifadəsi çox sadədir, bununla belə Agentlik Aİ adlı süni intellekt köməkçisi hər addımda reklam verənə yardım edir, reklamları sual-cavab əsasında qurur, öz banneri olmayan biznes sahibləri üçün hətta bütün standart ölçülərdə pulsuz və keyfiyyətli bannerlər hazırlaya bilir. Hətta məhsulun mətn təsviri əsasında saniyələr içində video reklam variantları da hazırlamağı bacarır.
Reklamçılar 20 manatdan başlayan kiçik büdcələrlə reklam kampaniyalarına başlaya bilirlər.
Xəbər saytlarında reklamlar necə gedir?
Xəbər saytlarında reklam yerləri real vaxtda keçirilən auksionla bölüşdürülür, reklamçı isə yalnız vCPM modeli əsasında - yəni yalnız ekranda görünən reklama görə ödəniş edir.
Platforma görünürlüyü IAB və Media Rating Council (MRC) meyarları əsasında ölçür. Sistem botlardan gələn və şübhəli hesab edilən baxışları saymır və reklamçının büdcəsindən çıxmır.
Reklamçı kabinetində hər reklam üzrə canlı və detallı statistikanı izləyə, hesabatları bir neçə formatda yükləyə bilir.
Hansı növ reklamlar var?
Sistemdə istənilən növ banner və video reklamları yerləşdirmək mümkündür.
E-ticarət saytları üçün isə xüsusi imkanlar yaradılıb. Onlar hər məhsul üçün bir-bir reklam yaratmaq yerinə sadə və sürətli inteqrasiya ilə toplu reklamlar yarada və onların effektivliyini avtomatik idarə edə bilirlər. Ağıllı sistem verilən tapşırıqlar əsasında qeyri-effektiv reklamları zamanında müəyyən edə, dayandıra və yenisini yarada bilir.
Reklamçılar öz reklamlarının effektivliyini məqsədləri üzrə (satış, qeydiyyat və s.) ölçmək imkanına malikdir.
Saytlar, Facebook və Instagram reklamları bir kanalda
Platformanın “Kanallar” xidməti xəbər saytları, Facebook və Instagram üzrə reklamı eyni plan çərçivəsində idarə etməyə və nəticələri bir hesabatda izləməyə imkan verir. Dörd paket mövcuddur. “Hibrid” xəbər saytlarını və hər iki sosial şəbəkəni, “Sosial şəbəkələr” paketi Facebook və Instagram-ı əhatə edir. Hər sosial şəbəkə üçün ayrıca paket də var.
Reklam verən istərsə "Hibrid" reklamlarda avtomatik idarə etməni aktiv edə bilir. Bu zaman platforma qoyulan hədəfə uyğun 3 kanal üzrə reklamların büdcəsini ən effektiv istiqamətlər üzrə yenidən bölüşdürə, idarə edə bilir.
Bütün paketlərdə tam idarəetmə və detallı statistika Reklamçının kabinetində əl çatandır. Bundan əlavə, sosial şəbəkə reklamları müştərinin öz hesablarında da aktiv olur, müştəri şəffavlıq üçün hər zaman statistikaları tutuşdurmaq imkanına malikdir.
Reklam qiymətləri neçədən başlayır?
Yuxarıda qeyd etdiyimiz kimi bütün reklamlar yalnız vCPM modeli əsasında hesablanır. Başlanğıc qiymət hər min dəfə görünən reklam üçün bannerlərdə 30 qəpik, İnbanner video reklamlarında 1 manat, İnpage video reklamlarında 5 manatdır. Yekun qiyməti isə müştəri özü müəyyən edə bilir.
Saytlar üçün əlavə qazanc imkanı
Agentlik.Az platforması xəbər saytları, e-ticarət və elan saytları üçün də əlavə qazanc imkanıdır. Sayt sahibi paneldə pulsuz qeydiyyatdan keçir, reklam yerlərini yaradıb, verilən kodu saytında yerləşdirir. Sistem həmin yerlərə reklamı auksionla seçir. Yayımçı qazancını gün, sayt və reklam yeri üzrə izləyə, hər yerin görünürlük və doluluq göstəricilərinə baxa, uyğun görmədiyi reklamları bloklaya bilir.
Bundan əlavə, saytına əlavə trafik cəlb etmək istəyən sayt sahibləri öz materiallarını, xəbərlərini şəbəkədəki digər xəbər saytlarında reklam edə bilirlər. Bu halda sayt sahibi yayımçı olaraq təsdiqlənmiş qazancını reklamçı balansına daşımaqla balansını artıra, reklamlarını yarada bilir. Sistem isə bu halda onlara əlavə 10 faiz hədiyyə balansı verir.
Pulsuz qeydiyyat ilə başlayın
Platformanın çoxsaylı imkan və funksiyalarını bir məqalədə əhatə etmək çətindir. Hər gün yenilənən və böyüyən platformanın imkanlarını kəşf etmək üçün pulsuz olaraq qeydiyyatdan keçməyinizi tövsiyə edirik. Bir dəfə qeydiyyatdan keçməklə həm Reklamçı, həm də yayımçı kabinetindən istifadə edə, birindən digərinə keçid edə bilirsiniz.
E-mail: [email protected]
https://www.facebook.com/agentlikaz
https://www.instagram.com/agentlik_az/
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət Miqrasiya Xidmətinin rəisinin 10 il əvvəlki şəkili...
Bugün, 17:21 CƏMİYYƏT
-
Şəfa və fədakarlıq nümunəsi: Hikmət həkim... - FOTOLAR
Bugün, 17:15 CƏMİYYƏT
-
Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı
Bugün, 17:09 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 16:56 GÜNDƏM
-
RUSİYA UKRAYNA MÜHARİBƏSİ SƏRHƏDLƏRİ AŞDI - Savaşın Aralıq dənizinə sıçraması nə vəd edir? (TƏHLİL)
Bugün, 16:45 GÜNDƏM
-
Gəncənin baş həkimi və şöbə müdiri vəzifədən azad edildi
Bugün, 16:35 CƏMİYYƏT
-
"O, ağır depressiyaya düşüb və..." - Ramiz Mehdiyevin kürəkəni və oğlu Əli Kərimlinin məhkəməsində!
Bugün, 16:24 GÜNDƏM
-
Hava ilə bağlı daha bir - Xəbərdarlıq
Bugün, 16:14 CƏMİYYƏT
-
NAZİRLİYİN RƏSMİ SAYTINA GİRİŞ MƏHDUDLAŞDIRILIB - Pulsuzluğa görə 291 gündür sertifikat yenilənmir (FOTO)
Bugün, 16:07 İQTİSADİYYAT
-
Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
Bugün, 16:00 İDMAN
-
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
Bugün, 15:50 SİYASƏT
-
Şəkərli diabet xəstələri barədə yeni qərar verildi
Bugün, 15:46 GÜNDƏM
-
Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib - DETALLAR
Bugün, 15:21 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir - Yenilənib
Bugün, 15:08 CƏMİYYƏT
-
Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşüb
Bugün, 15:01 GÜNDƏM
-
Yeni icra başçısı kimləri yola saldı? - TƏYİNATLAR
Bugün, 14:47 CƏMİYYƏT
-
Keçmiş nazir ev dustaqlığına buraxılıb
Bugün, 14:47 DÜNYA
-
"Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Bugün, 14:31 İQTİSADİYYAT
-
Zahid Oruc: "Vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı..."
Bugün, 14:25 SİYASƏT
-
Muzey və Heydər Əliyev mərkəzlərində attestasiya prosesi həyata keçirilir
Bugün, 14:23 MƏDƏNİYYƏT
-
"Məmurlar ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına..." - Siyavuş Növruzov parlamentdə kimləri qınadı?
Bugün, 14:09 SİYASƏT
-
“Vəzifələrdə qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də..." - Deputat MM-də “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” fikrindən danışdı
Bugün, 14:02 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 13:37 GÜNDƏM
-
Məhkəmə eksperti olmaq istəyən şəxslər... - Onlarla bağlı yeni qanun qəbul edildi
Bugün, 13:27 CƏMİYYƏT
-
Hörmüz boğazında daha iki tanker minaya düşüb
Bugün, 13:14 DÜNYA
-
"Məzlumların haqqına əl uzadan hər kəsi Zülfiqar kimi məhv edəcəyik" - MHP liderindən iqtidara açıq xəbərdarlıq
Bugün, 13:07 SİYASƏT
-
Paşinyan media ilə savaşa girdi - Bir qurum media orqanı məhkəməyə verildi
Bugün, 12:54 PRESS
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bugün, 12:35 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi qəbul olunub
Bugün, 12:03 İQTİSADİYYAT
-
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
YÜKSƏK İNTELLEKTUAL BİLİYƏ MALİK OLAN GƏNC... - CAVİDAN KƏNGƏRLİ
Bugün, 11:49 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 11:32 GÜNDƏM