RUSİYA UKRAYNA MÜHARİBƏSİ SƏRHƏDLƏRİ AŞDI - Savaşın Aralıq dənizinə sıçraması nə vəd edir? (TƏHLİL)
GÜNDƏM
Bugün, 16:45
Rusiya donanmasına məxsus “Merkuriy” korveti Liviyanın Benqazi limanında naməlum dronların hücumuna məruz qalıb. Hücum nəticəsində gəmidə güclü partlayış baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 23-də əməliyyata görə məsuliyyəti Kiyevin üzərinə götürüb. Ukrayna tərəfinin açıqlamasına görə, xüsusi xidmət orqanları Benqazidə Rusiyaya məxsus “Merkuriy” korvetini və Rusiyanın hərbi təchizatında istifadə etdiyi iddia olunan “MV Angara” gəmisini hədəfə alıb. Əməliyyatda yeddi pilotsuz dəniz aparatından istifadə edildiyi bildirilir. Kiyev bunu Rusiyanın hərbi potensialına qarşı həyata keçirilmiş uğurlu əməliyyat kimi təqdim edib.
Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni Ukraynanı Benqazi limanına hücumda ittiham edərək, hadisəni müharibə elanı kimi qiymətləndirib.
Əl-Kuni Ukrayna tərəfinin hücumla bağlı məsuliyyəti qəbul etdiyini deyərək, Kiyevin hadisəyə görə tam məsuliyyət daşımalı olduğunu vurğulayıb.
“Volodimir Zelenskinin etiraf etdiyi, açıq şəkildə bəyan etdiyi və öyündüyü bu terror aktlarına görə Ukrayna tərəfini tam məsuliyyətə cəlb edirik”, – deyə o, qeyd edib.
Əvvəla onu deyim ki, normal şərtlərdə Ukraynın bu addımı Liviya üçün müharibə səbəbi saymaq olar. Lakin Liviyada vəziyyət bir qədər fərqlidir. Ümumiyyətlə, diqqət çəkən ilk məqam hadisənin Benqazidəki rus gəmisinə qarşı edilməsidir. Belə ki, ölkə 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra vahid siyasi və hərbi sistem formalaşdıra bilməyib. Hazırda qərbdə Tripoli hökuməti, şərqdə isə Xəlifə Haftarın rəhbərlik etdiyi hərbi qüvvələr və onların dəstəklədiyi siyasi hakimiyyət mövcuddur. Yəni hücum Haftar rejimin nəzartindəki əraziyə edilib.
Xəlifə Haftar və rejimin legitimliyi isə ümumiyətlə şübhəlidir. Rejim faktii olaraq Rusiya ilə əmakdaşlıq edir və Qərb tərəfindən tanınmır. Yəni tək başına Benqazi məsələsi Liviya üçün müharibə səbəbi deyil.
İkincisi, hadisə ilə bağlı başqa sual yaradan maqamlar var. Misal üçün, əməliyyatın necə həyata keçirilməsi ciddi suallar doğurur. Benqazi Ukrayna sahillərindən təxminən 1700 kilometr məsafədə yerləşir. Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasına əsasən, yeddi dəniz dronu əvvəlcə xüsusi ana gəmi vasitəsilə müəyyən edilmiş əraziyə daşınıb, daha sonra suya buraxılıb. Bu isə dronların Ukrayna sahillərindən birbaşa Liviyaya qədər hərəkət etmədiyini göstərir. Lakin ana gəminin hansı marşrutla hərəkət etdiyi, əməliyyat üçün hansı ərazidən istifadə olunduğu və dronların dəqiq haradan buraxıldığı açıqlanmayıb.
İkinci sualda məhz burada yaranır. Əgər ana gəmi Qara dənizdən Aralıq dənizinə keçibsə, Bosfor və Çanaqqala boğazlarından istifadə etməli idi. Digər ehtimal isə əməliyyatın Liviyanın qərbindəki mövcud hərbi imkanlardan istifadə edilməklə hazırlanmasıdır. Çünki Ukrayna hərbi mütəxəssislərinin Tripoli, Misrata və Zaviya ətrafında fəaliyyət göstərməsi barədə məlumatlar bu ehtimalı gündəmə gətirir.
Məsələnin Türkiyə ilə bağlı tərəfi də xüsusi diqqət tələb edir. Ankara uzun illərdir Liviyanın qərbindəki Milli Birlik Hökumətinin əsas siyasi və hərbi tərəfdaşlarından biridir. 2019-cu ildə Türkiyə ilə Tripoli hökuməti arasında imzalanan hərbi əməkdaşlıq memorandumu və dəniz yurisdiksiyası ilə bağlı razılaşma Ankaranın Liviyadakı mövqeyini möhkəmləndirib.
Türkiyə 2020-ci ildə Tripoli hakimiyyətinə göstərdiyi hərbi dəstəklə Haftar qüvvələrinin paytaxt istiqamətində irəliləyişinin qarşısının alınmasında mühüm rol oynayıb. Ukraynanın da son dövrdə Tripoli ilə hərbi və təhlükəsizlik əlaqələrini genişləndirməsi regionda yeni geosiyasi mənzərə formalaşdırır.
Benqazi hücumu bu qarşıdurmaya yeni amil əlavə edə bilər. Haftar hadisəni Tripoli hakimiyyətinin Ukrayna ilə yaxınlaşmasının nəticəsi kimi təqdim edərsə, Qərbə qarşı siyasi və hərbi təzyiqi artıra bilər. Rusiya da öz hərbi mövcudluğunun təhlükə altında olduğunu əsas gətirərək Haftarla əməkdaşlığını genişləndirə bilər. Belə bir vəziyyətdə Liviyanın iki siyasi mərkəzi arasında onsuz da kövrək olan münasibətlər daha da gərginləşəcək.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
RUSİYA UKRAYNA MÜHARİBƏSİ SƏRHƏDLƏRİ AŞDI - Savaşın Aralıq dənizinə sıçraması nə vəd edir? (TƏHLİL)
Bugün, 16:45 GÜNDƏM
-
Gəncənin baş həkimi və şöbə müdiri vəzifədən azad edildi
Bugün, 16:35 CƏMİYYƏT
-
"O, ağır depressiyaya düşüb və..." - Ramiz Mehdiyevin kürəkəni və oğlu Əli Kərimlinin məhkəməsində!
Bugün, 16:24 GÜNDƏM
-
Hava ilə bağlı daha bir - Xəbərdarlıq
Bugün, 16:14 CƏMİYYƏT
-
NAZİRLİYİN RƏSMİ SAYTINA GİRİŞ MƏHDUDLAŞDIRILIB - Pulsuzluğa görə 291 gündür sertifikat yenilənmir (FOTO)
Bugün, 16:07 İQTİSADİYYAT
-
Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
Bugün, 16:00 İDMAN
-
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
Bugün, 15:50 SİYASƏT
-
Şəkərli diabet xəstələri barədə yeni qərar verildi
Bugün, 15:46 GÜNDƏM
-
Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib - DETALLAR
Bugün, 15:21 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir - Yenilənib
Bugün, 15:08 CƏMİYYƏT
-
Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşüb
Bugün, 15:01 GÜNDƏM
-
Yeni icra başçısı kimləri yola saldı? - TƏYİNATLAR
Bugün, 14:47 CƏMİYYƏT
-
Keçmiş nazir ev dustaqlığına buraxılıb
Bugün, 14:47 DÜNYA
-
"Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Bugün, 14:31 İQTİSADİYYAT
-
Zahid Oruc: "Vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı..."
Bugün, 14:25 SİYASƏT
-
Muzey və Heydər Əliyev mərkəzlərində attestasiya prosesi həyata keçirilir
Bugün, 14:23 MƏDƏNİYYƏT
-
"Məmurlar ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına..." - Siyavuş Növruzov parlamentdə kimləri qınadı?
Bugün, 14:09 SİYASƏT
-
“Vəzifələrdə qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də..." - Deputat MM-də “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” fikrindən danışdı
Bugün, 14:02 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 13:37 GÜNDƏM
-
Məhkəmə eksperti olmaq istəyən şəxslər... - Onlarla bağlı yeni qanun qəbul edildi
Bugün, 13:27 CƏMİYYƏT
-
Hörmüz boğazında daha iki tanker minaya düşüb
Bugün, 13:14 DÜNYA
-
"Məzlumların haqqına əl uzadan hər kəsi Zülfiqar kimi məhv edəcəyik" - MHP liderindən iqtidara açıq xəbərdarlıq
Bugün, 13:07 SİYASƏT
-
Paşinyan media ilə savaşa girdi - Bir qurum media orqanı məhkəməyə verildi
Bugün, 12:54 PRESS
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bugün, 12:35 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi qəbul olunub
Bugün, 12:03 İQTİSADİYYAT
-
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
YÜKSƏK İNTELLEKTUAL BİLİYƏ MALİK OLAN GƏNC... - CAVİDAN KƏNGƏRLİ
Bugün, 11:49 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 11:32 GÜNDƏM
-
Bakıda 172 nəfəri aldadan şirkət rəhbəri... - Baş Prokurorluq məlumat yaydı
Bugün, 11:26 CƏMİYYƏT
-
Qadın müğənniyə 74 şallaq vuruldu - Bu görüntüyə görə
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bugün, 11:03 GÜNDƏM
-
BDU-da bu fakültə dekanları dəyişir - SİYAHI
Bugün, 10:58 GÜNDƏM