Zahid Oruc: "Vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı..."
SİYASƏT
Bugün, 14:25
“Maraqlar toqquşması hüquqi mahiyyətinə görə korrupsiya əməlləri ilə eyni məna daşımır”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, vəzifəli şəxsin əmlakı və qanuni iqtisadi maraqları ola bilər. Lakin özəl mənafelər dövlət qərarlarına təsir etməməlidir:
"Yeni qanunun üstünlüyü odur ki, hüquq pozuntusunun baş verməsini gözləmədən, onu doğura biləcək şəraiti əvvəlcədən aradan qaldırmağa imkan verir. Konstitusiyanın 55-ci maddəsinə görə dövlət idarəçiliyində iştirak etmək hüququ vətəndaşa verilmiş siyasi imkandır, yəni, dövlət vəzifəsi xalqa xidmət üçündür.
Maraqlar toqquşmasının ən böyük iqtisadi nəticələri dünyada dövlət satınalmalarında meydana çıxır. Dövlət büdcəsindən maliyyələşən təchizat və xidmət layihələrində qərar qəbul edən şəxsin tender iştirakçısı ilə gizli iqtisadi əlaqəsi varsa, büdcə vəsaitinə zərərlə yanaşı, daha münasib qiymət və yüksək keyfiyyət təklif edən sahibkar da dövlət sifarişindən kənarda qala bilər. Beləliklə, maraqlar toqquşması həm də azad rəqabətə, milli sahibkarlığa və investisiya mühitinə zərbə vurur.
Torpaq münasibətləri, özəlləşdirmə, güzəştli kreditlər və subsidiyalar da yüksək riskli sahələrdir. Təsəvvür edək ki, yeni magistral yolun harada çəkiləcəyini əvvəlcədən bilən vəzifəli şəxs həmin ərazidə yaxınlarının adına torpaq alır, dövlət investisiyasından sonra torpağın qiyməti dəfələrlə artır. Layihədə xidməti məlumatlardan şəxsi məqsədlərlə istifadəni məhdudlaşdıran 15-ci maddə məhz gözlənilən təhlükənin qarşısını almağa yönəlib.
Maraqlar toqquşması yalnız iqtisadi münasibətlərdə yaranmır. Dövlət qulluğuna qəbul, vəzifələr üzrə irəli çəkilmə, universitetlərdə elmi qrantların bölüşdürülməsi də eyni riskləri daşıyır. Dövlət orqanında qərar verən şəxs namizədlərdən biri ilə qohumluq münasibətindədirsə, onun müvafiq prosedurda iştirakı obyektivliyə əsaslı şübhə yaradır.
Qanun layihəsi real, potensial və təəssürat yaradan maraqlar toqquşmasını fərqləndirir. Hətta qanunsuz qərar qəbul edilməsə də, vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı tədbir üçün kifayət edə bilər. Əlbəttə, burada əsassız ittihamlarla hüquqi cəhətdən əsaslandırılmış şübhələr arasında fərq qorunmalıdır”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Bugün, 14:31 İQTİSADİYYAT
-
Zahid Oruc: "Vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı..."
Bugün, 14:25 SİYASƏT
-
Muzey və Heydər Əliyev mərkəzlərində attestasiya prosesi həyata keçirilir
Bugün, 14:23 MƏDƏNİYYƏT
-
"Məmurlar ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına..." - Siyavuş Növruzov parlamentdə kimləri qınadı?
Bugün, 14:09 SİYASƏT
-
“Vəzifələrdə qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də..." - Deputat MM-də “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” fikrindən danışdı
Bugün, 14:02 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 13:37 GÜNDƏM
-
Məhkəmə eksperti olmaq istəyən şəxslər... - Onlarla bağlı yeni qanun qəbul edildi
Bugün, 13:27 CƏMİYYƏT
-
Hörmüz boğazında daha iki tanker minaya düşüb
Bugün, 13:14 DÜNYA
-
"Məzlumların haqqına əl uzadan hər kəsi Zülfiqar kimi məhv edəcəyik" - MHP liderindən iqtidara açıq xəbərdarlıq
Bugün, 13:07 SİYASƏT
-
Paşinyan media ilə savaşa girdi - Bir qurum media orqanı məhkəməyə verildi
Bugün, 12:54 PRESS
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bugün, 12:35 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:33 GÜNDƏM
-
Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi qəbul olunub
Bugün, 12:03 İQTİSADİYYAT
-
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
YÜKSƏK İNTELLEKTUAL BİLİYƏ MALİK OLAN GƏNC... - CAVİDAN KƏNGƏRLİ
Bugün, 11:49 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 11:32 GÜNDƏM
-
Bakıda 172 nəfəri aldadan şirkət rəhbəri... - Baş Prokurorluq məlumat yaydı
Bugün, 11:26 CƏMİYYƏT
-
Qadın müğənniyə 74 şallaq vuruldu - Bu görüntüyə görə
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bugün, 11:03 GÜNDƏM
-
BDU-da bu fakültə dekanları dəyişir - SİYAHI
Bugün, 10:58 GÜNDƏM
-
DSX-nin əsgəri vəfat edib
Bugün, 10:58 GÜNDƏM
-
Çaqqallar şəhərə doluşub - Əhalidə qorxu artıb (FOTO)
Bugün, 10:32 DÜNYA
-
Peşə təhsili alanlara hərbi xidmətə möhlət hüququ veriləcək? - Açıqlama
Bugün, 10:18 CƏMİYYƏT
-
Türk vokalist yol qəzasında ölüb
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
İstanbulda daha bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb
Bugün, 09:49 KRİMİNAL
-
Azərbaycan neft ucuzlaşdı - 2 dollar
Bugün, 09:44 İQTİSADİYYAT
-
"Bu xətanı qətiyyən etmə, yoxsa bitərsən..." - Əmrə Morun qardaşı Ara Gülərə elə məsləhət verdi ki...
Bugün, 09:25 İDMAN
-
Qəzza zolağında gərginlik böyüyür - İki nəfər öldürülüb, xeyli yaralı var
Bugün, 09:16 DÜNYA
-
Şəmkirdə 43 yaşlı kişinin parçalanmış meyiti tapılıb
Bugün, 09:14 KRİMİNAL
-
Məşhur futbolçunun anası oğlunun komanda yoldaşlarını rüsvay elədi: "Qəsdən oğluma ötürmə vermirlər"
Bugün, 09:08 İDMAN
-
Xəzər dənizi suyunun içməli suya çevrilməsi prosesinə start verildi - 165 milyon dollar da ayrıldı
Bugün, 09:07 İQTİSADİYYAT
-
"Milan" "Fənərbaxça"nın futbolçusunu istəyir - 25 milyon avroluq təklif var
Bugün, 09:02 İDMAN
-
Süni intellektin "rolu" və ya ya ajiotaj yaradan görüntünün iziylə... - FOTOLAR
Bugün, 00:30 DÜNYA
-
RUSİYA NATO ÖLKƏSİNİ MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: "Bu. açıq müharibə çağırışıdır və biz mili maraqlarımızı qoruyacağıq" - GƏRGİNLİK PİK HƏDDƏ ÇATDI
Bugün, 00:17 GÜNDƏM