İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
GÜNDƏM
Bugün, 11:49
Prezident İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, iki ölkə arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd etdi.
Dövlət başçısı gələn il Monteneqro Prezidentinin Azərbaycana rəsmi səfər edəcəyini bildirdi və vurğuladı ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.
Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində iki ölkənin uzun müddətdir müxtəlif formatlarda dost və tərəfdaş olduğunu vurğuladı. Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyən qonaq münasibətlərimizin yaxşı perspektivlərə malik olduğunu qeyd etdi.
Miloyko Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu dedi və vurğuladı ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin möhkəmləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.
Baş nazir Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını deyərək, bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirdi.
Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edildi.
Miloyko Spayiç qarşılıqlı turist axınına toxunaraq bildirdi ki, çoxsaylı azərbaycanlı turistlər Monteneqroda, Monteneqro turistləri isə Azərbaycanda özlərini rahat hiss edirlər.
Qonaq bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Söhbət zamanı infrastruktur layihələri, enerji təchizatı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
YÜKSƏK İNTELLEKTUAL BİLİYƏ MALİK OLAN GƏNC... - CAVİDAN KƏNGƏRLİ
Bugün, 11:49 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 11:32 GÜNDƏM
-
Bakıda 172 nəfəri aldadan şirkət rəhbəri... - Baş Prokurorluq məlumat yaydı
Bugün, 11:26 CƏMİYYƏT
-
Qadın müğənniyə 74 şallaq vuruldu - Bu görüntüyə görə
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bugün, 11:03 GÜNDƏM
-
BDU-da bu fakültə dekanları dəyişir - SİYAHI
Bugün, 10:58 GÜNDƏM
-
DSX-nin əsgəri vəfat edib
Bugün, 10:58 GÜNDƏM
-
Çaqqallar şəhərə doluşub - Əhalidə qorxu artıb (FOTO)
Bugün, 10:32 DÜNYA
-
Peşə təhsili alanlara hərbi xidmətə möhlət hüququ veriləcək? - Açıqlama
Bugün, 10:18 CƏMİYYƏT
-
Türk vokalist yol qəzasında ölüb
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
İstanbulda daha bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb
Bugün, 09:49 KRİMİNAL
-
Azərbaycan neft ucuzlaşdı - 2 dollar
Bugün, 09:44 İQTİSADİYYAT
-
"Bu xətanı qətiyyən etmə, yoxsa bitərsən..." - Əmrə Morun qardaşı Ara Gülərə elə məsləhət verdi ki...
Bugün, 09:25 İDMAN
-
Qəzza zolağında gərginlik böyüyür - İki nəfər öldürülüb, xeyli yaralı var
Bugün, 09:16 DÜNYA
-
Şəmkirdə 43 yaşlı kişinin parçalanmış meyiti tapılıb
Bugün, 09:14 KRİMİNAL
-
Məşhur futbolçunun anası oğlunun komanda yoldaşlarını rüsvay elədi: "Qəsdən oğluma ötürmə vermirlər"
Bugün, 09:08 İDMAN
-
Xəzər dənizi suyunun içməli suya çevrilməsi prosesinə start verildi - 165 milyon dollar da ayrıldı
Bugün, 09:07 İQTİSADİYYAT
-
"Milan" "Fənərbaxça"nın futbolçusunu istəyir - 25 milyon avroluq təklif var
Bugün, 09:02 İDMAN
-
Süni intellektin "rolu" və ya ya ajiotaj yaradan görüntünün iziylə... - FOTOLAR
Bugün, 00:30 DÜNYA
-
RUSİYA NATO ÖLKƏSİNİ MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: "Bu. açıq müharibə çağırışıdır və biz mili maraqlarımızı qoruyacağıq" - GƏRGİNLİK PİK HƏDDƏ ÇATDI
Bugün, 00:17 GÜNDƏM
-
NATO təhlükələri sadaladı: "Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynayır" - "Lakin sizə burada hər şeyi aça, deyə bilmərəm"
Bugün, 00:07 GÜNDƏM
-
UEFA türk hakimlərə vəzifə verdi
Bugün, 00:04 İDMAN
-
9 dəqiqəyə 4 qol atdılar...
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTOLAR
23.11.2026, 22:18 MƏDƏNİYYƏT
-
Rafael Leaonun yaşıl meydana dönüşü azı iki ay çəkəcək
23.11.2026, 21:56 İDMAN
-
İran XİN başçısı: "ABŞ və İsrail qeyd-şərtsiz təslim tələbindən qeyd-şərtsiz danışıqlara keçib"
23.11.2026, 20:17 DÜNYA
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri təyin olunub
23.11.2026, 19:17 CƏMİYYƏT
-
Okan Burukun oğlu "başına iş açdı": atasını müdafiə etmək istədi, lakin... - "Siz niyə həbsdə deyilsiz?"
23.11.2026, 18:27 İDMAN
-
Bir vaxtlar nəhəng klublar ondan danışırdı, indi isə... - Türk futbolçu 29 yaşında klubsuz qaldı
23.11.2026, 18:14 İDMAN
-
UEFA “Sabah”ın futbolçusunu cəzalandırdı
23.11.2026, 18:06 İDMAN
-
Co Bayden və xanımı hava limanında: yeriməkdə çətinlik çəkir- FOTOLAR
23.11.2026, 17:47 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO (Yenilənib)
23.11.2026, 17:42 CƏMİYYƏT