Paşinyan “topu” erməni xalqına atdı...
SİYASƏT
Bugün, 12:21
"Nikol Paşinyanın yeni Ermənistan Konstitusiyası və Azərbaycanla möhkəm sülh barədəki bəyanatı, bu barədə xalqa müraciət etməsi ciddi siyasi səbəbləri gündəmə gətirir. Ermənistan hökümətinin rəhbəri bölgədəki yeni siyasi həssas duruma diqqət çəkərək, erməni xalqını Azərbaycanla qalıcı sülhə səs verməyə çağırır, bu baş verməyəcəyi təqdirsə isə istefa verəcəyini bəyan edib. Bəyanatdakı bu fikirlər artıq N.Paşinyanın “topu” erməni xalqına atdığını göstərir. Yəni, referendumun nəticələrinə görə artıq xalq öz taleyinə görə özü cavabdehdir”.
Mia.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O, hazırkı mərhələdə Ermənistan dövlətinin və xalqının ciddi taleyüklü məsələ qarşısında olduğunu, xalqın daşnak faşizmi, təcavüzkar siyasətlə qonşularla dinc yanaşı yaşamaq arasında seçim etməli olduğunu deyib.
“Diqqət edin, N.Paşinyan erməni xalqına müraciətində nə deyir? “Xalq yeni Konstitusiyanın əleyhinə səs versə, istefa verəcəyəm. Lehinə səs verərsə, növbəti seçkilərdə baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Ermənistanın xarici siyasətinin məqsədi sülhün təmin edilməsidir və bu, mühüm əhəmiyyət daşıyan sənəddir. Bəli, bu sənəd 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsini, yəni münaqişə məntiqini rədd edir. Müxalifəti yeni Konstitusiya layihəsinin referenduma çıxarılması ilə bağlı qərarı dəstəkləməyə çağırıram ki, ümumxalq səsverməsini keçirə bilək”, – o bildirib.
Bu müraciətdə hazırkı hökümət rəhbəri həm də erməni ümxalifətinin də siyasi məsuliyyət daşıdığını, onları referendumun keçirilməsi üçün siyasi dəstək olmağa dəvət edib. Bu həm də xalqla yanaşı erməni müxalifətinin də üzərinə siyasi məsuliyyət qoymaqdır. Çox güman ki, N.Paşinyan Ermənistan parlamentində yer alan revanşist müxalifəti nəzərdə tutur. Rəsmi İrəvan öz tarixi üçün çox gərgin bir dövrə qədəm qoyur. Hazırkı hökümət rəhbərinin də qeyd etdiyi kimi, erməni xalqı ya daşnak faşizmini, ya da Azərbaycan xalqı ilə möhkəm və qalıcı sülhü seçməlidir. Referendumda yeni Konstitusiya layihəsinə qarşı qərar çıxarsa, bu bölgədəki yeni inkişaf siyasətindən daha çox Ermənistanın özünün məhvinə səs vermək olacaq. N.Paşinyan işin içində olan adam kimi bunu əla anlayır, qalır erməni xalqının anlamasına.”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı
Bugün, 12:47 CƏMİYYƏT
-
SƏHİYYƏ RƏHBƏRLİYİNİN ƏNDAZƏNİ AŞAN ƏMRİ: nə baş verir? - Səs yazıları və videogörüntü yayıldı
Bugün, 12:27 GÜNDƏM
-
Paşinyan “topu” erməni xalqına atdı...
Bugün, 12:21 SİYASƏT
-
Dövlət qulluğu imtahanı verəcək namizədlərə müraciət edildi
Bugün, 12:21 GÜNDƏM
-
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
Bugün, 12:11 GÜNDƏM
-
İstanbulda görünən şir... - Axtarış davam edir
Bugün, 12:08 DÜNYA
-
Məşhur YAP-çı Səfyar Musayevin oğluna vəzifə verildi
Bugün, 11:52 SİYASƏT
-
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Bugün, 11:28 CƏMİYYƏT
-
Mikayıl Cabbarov: "Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin..."
Bugün, 11:20 İQTİSADİYYAT
-
Şans sizi gözlətməyəcək - BÜRCÜNÜZ üçün xüsusi fürsətlər günlər
Bugün, 11:10 CƏMİYYƏT
-
"Trabzonspor"a uduzun klubda istefa oldu
Bugün, 10:59 İQTİSADİYYAT
-
Media subyektlərinə dəstək müsabiqəsi elan olunub
Bugün, 10:50 PRESS
-
Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı
Bugün, 10:43 SİYASƏT
-
Bakıda şirkət rəhbəri qandallandı
Bugün, 10:43 CƏMİYYƏT
-
104 Qəza xidmətinin maşınları ixtisara düşdü, sürücülər işsiz statusu ilə üzləşib, "Azərqaz"ın rəhbər şəxslərinin isə... - Xəbər təsdiqləndi (VİDEO, FOTO)
Bugün, 10:25 GÜNDƏM
-
Sumqayıtda 24 yaşlı qız dəm qazından ölüb
Bugün, 10:16 CƏMİYYƏT
-
Deputat "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam
Bugün, 10:04 GÜNDƏM
-
Alyona Əliyeva “İki dünya arasında” adlı fərdi sərgidə - FOTOLAR
Bugün, 09:49 MƏDƏNİYYƏT
-
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - İlham Əliyevdən yeni mesaj
Bugün, 09:34 GÜNDƏM
-
ARB TV-nin keçmiş aparıcısı ad günü mərasimindən az sonra qəzada həyatını itirib - Açıqlama
Bugün, 09:20 PRESS
-
“Unibank”dan kredit götürmüş müştərilər dələduzluqla üzləşiblər
Bugün, 09:09 İQTİSADİYYAT
-
"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu
Bugün, 09:00 CƏMİYYƏT
-
"Barselona" 2 dəqiqəyə 2-0 geriyə düşdü - Daha sonra isə 10 dəqiqəyə 3 qol atdı
Bugün, 00:33 İDMAN
-
İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO
Bugün, 00:22 CƏMİYYƏT
-
Yeni baş məşqçi də "Mançester Yunayted"in dərdinə əlac olmadı - "Liverpul" 4 qolla qalib gəldi
Bugün, 00:22 İDMAN
-
İran XİN: "Diplomatiya pəncərəsi hələ də açıqdır" - "Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"
Bugün, 00:09 SİYASƏT
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT
-
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib
22.11.2026, 14:53 GÜNDƏM
-
Prezident İlham Əliyev Jozef Aunuya məktub göndərib -MƏTN
22.11.2026, 13:05 GÜNDƏM