İran XİN: "Diplomatiya pəncərəsi hələ də açıqdır" - "Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"

İran XİN: \"Diplomatiya pəncərəsi hələ də açıqdır\" - \"Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq\"

PRESS

Bugün, 00:09

"ABŞ-la danışıqlar davam edir, diplomatiya pəncərəsi hələ də açıqdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə olaraq mümkün ssenarilərə hazırlaşıblar: "İran və ABŞ arasında danışıqların vasitəçi ölkələr vasitəsilə davam edir. Ancaq bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"

XİN rəsmisi bildirib ki, İran öz maraqlarına cavab verən məqbul bir razılaşma istəyir və bu, onların haqqıdır: "Hər kəs, o cümlədən xalqımız bilsin ki, İran rəhbərliyi digər ölkələri məmnun etmək və ya güzəştə getmək üçün danışıqlar aparmır".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR