"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu

\"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?\" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu

CƏMİYYƏT

Bugün, 09:00

Naxçıvan şəhər sakini, sahibkar Cavanşir Novruzov Mia.az saytı vasitəsiylə Prezident İlham Əliyev, Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və digər rəsmi orqanların rəhbərlərinə üzləşdiyi problemlərlə bağlı şikayət məktub ünvanlayıb.

O, şikayətində Babək rayonunun Badaşqan kəndində yerləşən, 9,6 sot torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi üçün tələb olunan bütün sənədlərə sahib olsa da, yerli icra hakimiyyətinin dərbəyliyi səbəbindən hələ də tikintiyə başlaya bilmədiyini bildirib.

Sahibkar qeyd edib ki, düz 8 aydır Babək rayon İcra Hakimiyyəti onun Ssahibkar kimi yeni iş yeri açması məqsədiylə qanuni sahəsində tikinti aparmasına olur: "15 aprel tarixində Babək Rayon İcra Hakimiyyətinə bütün sənədləri təqdim eləsəm də, o vaxt icra başçısı olan indiki təhsil naziri Ovni Muradava təqdim edib. Lakin o vaxt ordan -buradan dedilər ki, bəs icra başçısının "görməsəm" xeyri olmayacaq. Yəni, qanuni sənədlərim olsa da, rüşvət olmasa, müxtəlif bəhanələrlə mənə icazə verilməyəcək. Mən də hər yerdə deyirdim ki, elə çox pulum olsaydı, niyə şəhəri qoyub Babək rayonunun kəndinə gedib iş görürəm ki? Hələ Naxçıvan şəhər sakini kimi, elə şəhər ərazisində yer alıb, iş yer görərdim də. Nə isə. Səmimi deyim ki, mənə bilərəkdən probem yaradacaqlarına inanmadım və düz avqustun əvvəlinə qədər səbrlə gözlədim. Lkain gördüm ki, bunlar doğrudan da mənim sənədimi təsdiqləmək istəmirlər. Bundan sonra şikayət elədim, icra başçısı olan Ovni Muradov həyəcanla məni görüşə dəvət etdi, orada elə danışdı, elə sözlər dedi, elə vədlər verdi ki, həqiqətən şikayətimə görə az qala peşman olurdum. Hətta memara da dedim ki, deyəsən bu cür yaxşı adamdan şikayət etməklə səhv eləmişəm. Nə isə. O görüşdə icra başçısı əvvəlcə süni əngəllin ondan deyil, guya Naxçıvan rəhbərliyindən qaynaqlandığını dedi. Sonra söz verdi ki, 10 gün səbrli ol, öz imkanları çərçivəsində  sənədlərini təsdiqləyib verəcək. Hətta o görüşdən sonra memar bir neçə dəfə mənə zəng edib "Cavanşir müəllim, bəs sənədlərin içində filan sənədi itib, iş uzanmasın, varsa o sənədin surətini yenidən gətir, tez həll edək işini" kimi sözlərindən sonra Ovni Muradovun səmiyyətinə güvənim daha da artmışdı. Hansı sənədi istədilər, təkrar apardım, dedilər bir-iki günə icazə sənədin veriləcək. Lakin sən demə, bu Ovni Muradov təhsil naziri təyinatı üçün gün saydığı üçün "başımın altına yastıq" qoyurmuş. Məni isə "yola vermək"lə haqqında şikayətləri dayandırmaq niyyəti güdürmüş. Necə ki, bu fikrim zamanla təsdiqləndi. O, nazir təyin olunandan sonra sənədlərimin hazırlanması dayandı. Bu barədə başçısı vəzifəsinin həvalə olunduğu birinci müavinin yanında oldum, dedi, onluq deyil, o, kimdir ki?! Memar da dedi daha bizlik deyil, gözlə, təzə icra başçısı gəlsin. Bundan sonra Ovni Muradova zəng edib dedim ki, bəs söz verdin, mən də sənə inanıb gözlədim, hansı sənədi də istədiniz gətirib təkrar verdim, niyə belə etdin?! Qayıtdı ki, narahat olma, çalışıb kömək edəcək-filan. Lakin o vaxtdan 4 ay ötüb, hələ də sənədimi ala bilmirəm. Az qalıram Heydər Əliyev Fonduna müraciət edib, maddi yardım alıb bunlara verəm ki, alın, mənim işimi də həll edin. Hər halda son anda məcbur qlaıb rüşvət erməyim üçün bu addımı da atacağam Çünki səmimi deyirəm ki, mənim kiməsə verəcək əlavə pulum yoxdur..."

Sahibkar onu da bildirib ki, artıq 8 aydan çoxdur yubadılan sənədləşmə işi prosesi boyu rüşvətlə bağlı eşitdiklərinə inanmağa başlayıb: "Haqq var başımın üstə. Məndən kimsə nəsə istəməyib, lakin ordan-burdan eşdirəm ki, pulsuz sənəd vermirlər. Ona görə Bakıya üz tutub kömək istəyirəm. Çox xahiş edirəm, sənədimin həllinə və qanuni tikinti aparılmasına köməklik göstərəsiniz"

Sahibkar Prezident İlham Əliyevin "Sahibkara manecilik törətmək vətənə xəyanətə bərabərdir" sözünü də xatırladıb. Bildirib ki,  hər br icra başçısı da həm bundan, həm də "məmurlar xalqın xidmətçisi olmalıdır" tapşırıqlarından nəticə çıxarmalıdır: "Təəssüf ki, bu gün şəxsimdə Babəkdə bunun əksini görürəm. Məmurlar Prezidentin tapşırıq və qanunları sanki bilərəkdən icra etməməklə, dövlətə və onun ali liderinin uğurlu siyasətinə kölgə salmağa çalışırlar...".

O, sonda bu şikayətinin yuxarı rəhbər orqanlara yetişməməmsi halında Heydər Əliyev Fonduna maddi yardım üçün açıq müracit edəcəyini də sözlərinə əlavə edib.

Sahibkar daha sonra Ovni Muradovhaqqında başqa maraqlı iddialar da deyib. Bu və ya digər məqamlarla bağlı əlavə yazımz olacaq.

E.ARAZ

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR