“Unibank”dan kredit götürmüş müştərilər dələduzluqla üzləşiblər
İQTİSADİYYAT
Bugün, 09:09
“Unibank”dan kredit götürmüş müştərilər dələduzluqla üzləşiblər. Bankın əməkdaşı kreditlərinin ilk bir neçə ayını birdəfəlik ödəmək adıyla onları aldadaraq pullarının bir hissəsini mənimsəyib.
Mia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, aldadılan zərərçəkmişlər arasında ailə üzvləri onkoloji və başqa ağır xəstəliklərdən əziyyət çəkdiyinə görə onların müalicəsi üçün məcbur olub bankdan kredit götürənlər də var.
Çoxsaylı insanları aldadaraq, onların pullarını ələ keçirməkdə ittiham olunan isə “Unibank”ın Kəpəz filialında mikromaliyyələşdirmə üzrə baş mütəxəssis vəzifəsində işləmiş İslam Qasımov olub. O, bankdan təkrar kredit götürmək istəyən müştərilərin bəzilərinin sənədlərində dəyişiklik edərək, telefon nömrəsi hissəsinə öz nömrəsini yazıb, nəticədə SMS kodu onun nömrəsinə gəlib. Yaxud kredit köçəndə deyib ki, ilk 9 və ya 12 aylıq ödəniş əvvəldən ödənilməlidir. Həmin ödənişi müştəridən nağd şəkildə özü alaraq mənimsəyib.
Zərərçəkmiş qismində tanınan bank müştəriləri İslam Qasımovdan şikayətçi olduqlarını bildiriblər, onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.
İslam Qasımov 2017-ci ildən “Unibank” ASC-də işləyib. O, əvvəl bankın Kəpəz filialında mikromaliyyələşdirmə üzrə 5-ci dərəcəli mütəxəssis vəzifəsinə təyin olunub. Daha sonra mikromaliyyələşdirmə üzrə baş mütəxəssis vəzifəsinə keçirilib.
1992-ci il təvəllüdlü İslam Qasımov məhkəmədə ifadəsində bildirib ki, bankda vəzifəsi müştərilərin maddi vəziyyətini və təsərrüfat fəaliyyətini araşdıraraq onlara kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi ilə bağlı idi.
O, 2020-ci ildə Vətən müharibəsində iştirak edib, döyüş zamanı yaxınlığında minanın partlaması nəticəsində psixi travma alıb. Onun sözlərinə görə, müharibədən sonra əmək fəaliyyətini davam etdirsə də, səhhətində problemlər yaranıb. Bununla əlaqədar müxtəlif dövlət orqanlarına, o cümlədən Müdafiə Nazirliyinə müraciət edib. O, Gəncə şəhərində müvafiq tibb müəssisələrində müalicəyə cəlb olunub. Müalicəsi ilə bağlı sənədləri iş yerinə də təqdim etmişdir. Aldığı travmalar nəticəsində özünə qəsd etməyə cəhd göstərib. Buna görə ona psixotrop dərmanlar təyin edilib.
İslam Qasımov törətdiyi əməllərdən peşman olduğunu bildirərək, Vətən müharibəsində iştirak etməsinin, müharibə zamanı aldığı xəsarətlərin və sağlamlıq vəziyyətinin nəzərə alınmasını, barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə 34 yaşlı İslam Qasımov mənimsəmə, dələduzluq və s. qanunsuz əməllərdə təqsirli bilinərək, 4 il azadlıqdan məhrum edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı fərdi sərgidə - FOTOLAR
Bugün, 09:49 MƏDƏNİYYƏT
-
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - İlham Əliyevdən yeni mesaj
Bugün, 09:34 GÜNDƏM
-
ARB TV-nin keçmiş aparıcısı ad günü mərasimindən az sonra qəzada həyatını itirib - Açıqlama
Bugün, 09:20 PRESS
-
“Unibank”dan kredit götürmüş müştərilər dələduzluqla üzləşiblər
Bugün, 09:09 İQTİSADİYYAT
-
"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu
Bugün, 09:00 CƏMİYYƏT
-
"Barselona" 2 dəqiqəyə 2-0 geriyə düşdü - Daha sonra isə 10 dəqiqəyə 3 qol atdı
Bugün, 00:33 İDMAN
-
İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO
Bugün, 00:22 CƏMİYYƏT
-
Yeni baş məşqçi də "Mançester Yunayted"in dərdinə əlac olmadı - "Liverpul" 4 qolla qalib gəldi
Bugün, 00:22 İDMAN
-
İran XİN: "Diplomatiya pəncərəsi hələ də açıqdır" - "Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"
Bugün, 00:09 PRESS
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT
-
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib
22.11.2026, 14:53 GÜNDƏM
-
Prezident İlham Əliyev Jozef Aunuya məktub göndərib -MƏTN
22.11.2026, 13:05 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
22.11.2026, 12:53 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO
22.11.2026, 11:59 CƏMİYYƏT
-
""AZƏRİQAZ, nə baş verir, sistem işləmir, ya qoyduğunuz sayğaclar?""
22.11.2026, 11:09 CƏMİYYƏT
-
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub
22.11.2026, 10:27 DÜNYA
-
Dövlət Sosial Müdafiə Fondunun borcları kəskin artıb - Bu, pensiyaçılara nə vəd edir?
22.11.2026, 10:13 İQTİSADİYYAT
-
Naxçıvanda 3 bal zəlzələ olub
22.11.2026, 09:05 GÜNDƏM
-
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
21.11.2026, 18:01 GÜNDƏM
-
"BDU-da heç kim işdən azad olunmayıb, nə də yeni təyinat var" - Mətbuat katibindən açıqlama
21.11.2026, 18:00 CƏMİYYƏT
-
"Azəriqaz" rəhbərinin Naxçıvana səfəri birmənalı qarşılanmadı - "Ciddi bir iyerarxiya və status fərqi var"
21.11.2026, 17:49 GÜNDƏM
-
Məktəb direktorlarının seçimində müsbət irəliləyişlər və yeni gözləntilər... - Vahid Tağıyev yazır
21.11.2026, 15:33 YAZARLAR
-
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
21.11.2026, 15:05 SİYASƏT
-
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - ÇIXIŞLAR + FOTOLAR
21.11.2026, 14:43 GÜNDƏM
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar... - Saxlanılanlar var (VİDEO)
21.11.2026, 13:13 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
21.11.2026, 12:55 CƏMİYYƏT
-
SAKİT OKEANA DOĞRU...
21.11.2026, 12:22 YAZARLAR
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
21.11.2026, 12:17 CƏMİYYƏT
-
Azərbaycan neft 1.5 dollar ucuzlaşdı
21.11.2026, 11:55 İQTİSADİYYAT