"Azəriqaz" rəhbərinin Naxçıvana səfəri birmənalı qarşılanmadı - "Ciddi bir iyerarxiya və status fərqi var"

\"Azəriqaz\" rəhbərinin Naxçıvana səfəri birmənalı qarşılanmadı - \"Ciddi bir iyerarxiya və status fərqi var\"

GÜNDƏM

Bugün, 17:49

"“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvanda vətəndaş qəbulu keçirib. Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və "Azəriqaz"ın baş direktoru Azər Məmmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. “Azəriqaz” mərkəzi icra hakimiyyəti orqanı deyil, SOCAR-ın tərkibində İstehsalat Birliyidir. Azər Məmmədovu SOCAR-ın prezidenti, Ceyhun Cəlilovu isə ölkəmizin Prezidenti təyin edib. Göründüyü kimi, ciddi bir iyerarxiya və status fərqi var".

Mia.az xəbər verir ki, bu sözləri TNS Media Qrupunun rəhbəri Tural Səfərov Facebook-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə,  bu iyerarxiya fərqi və Prezidentin verdiyi status nəzərə alınmalıdır. Vəzifəli şəxs daşıdığı vəzifənin məsuliyyətini və əhəmiyyətini dərk etməlidir:

"Hətta Naxçıvan Baş nazirinin müavini belə öz statusuna görə, “Azəriqaz”ın baş direktorundan daha yüksək vəzifədir. “Azəriqaz”ın baş direktorunu Naxçıvanda keçirlən tədbirlər zamanı ən yaxşı halda Baş nazirin müavini müşayiət edə bilər. Vaxtilə Fuad Nəcəfli də belə edirdi. Ali Məclisi “ofsayt”a salır, Nazirlər Kabinetini bloklayır, hər yerdə özü görünmək istəyirdi. Bir də baxıb gördü ki, onu nəinki Bakıdakı, heç Naxçıvandakı rəhbər vəzifəli şəxslər də saya salmır.

Belə bir atalar sözü var: “ Özünə hörmət et ki, başqaları da sənə hörmət etsinlər”.
Özünə hörmət insanın öz sərhədlərini, dəyərini və prinsiplərini müəyyənləşdirməsi deməkdir. Başqaları da məhz bu çərçivəyə uyğun davranmağa başlayır".
Samir MUSAYEV
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR