SƏHİYYƏ RƏHBƏRLİYİNİN ƏNDAZƏNİ AŞAN ƏMRİ: nə baş verir? - Səs yazıları və videogörüntü yayıldı
GÜNDƏM
Bugün, 12:27
Səhiyyə Nazirliyindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə məxsus təcili yardım maşınlarına xəstə olub-olmamasından aslı olmayaraq, siren və mayakları açıq saxlama tələbləri barədə verilən göstəriş cəmiyyətdə birmənalı qarşılanmayıb.
Bu barədə Mia.az saytında üç gün əvvəlki yazımız cəmiyyətdə çox böyük rezonas doğurub.
Həmin yazıda bildirilirdi ki, tapşırığa əsasən, təcili yardım maşınları çağırışa gedərkən və ya dönərkən maşında xəstə olub-olmamasından aslı olmayaraq, hərəkətdədirsə, mütləq siren açıq olmalıdır. Bu isə şəhərdə lüzumsuz səs-küyə səbəb olmaqla yanaşı, hətta bəzi hallarda xəstə, sürücü və həkimlərin psixoloji durumuna mənfi təsiri edir.
Bu yazıdan sonra Mia.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşları tərəfində çoxlu məlumat, hətta səs yazıları göndərilib.
Bildirilib ki, şəhəri həyəcan siqnalına bürüyən əmrin icrasıın başında Mərkəzin Baş həkimin müavini Timur Kravçenk və Mərkəzin "Operativ" şöbəsinin müdiri Bəsirə Kərimova nəzarət edir: "Onların hər ikisinin 800-dən çox işçinin olduğu Votsap qrupuna atdığı əmrvari səs xəbərdarlıqlarına baxın, dinləyin (Yazının sonunda təqdim olunur - MİA.AZ).
O səs yazılarının birində Baş həkimin müavini Timur Kravçenkunun təhdid və xəbərdarlığına əlavə etdiyi videodan (Təcili yardım maşını ilə bağlı həmin videogörüntü də aşağıda verilib - Mia.az) sonra həqiqətən də 3 sayli təcili tibbi yardimin həkimi və sürücüsünə töhmət verildi. Belə və bundan da betər o qədər mənasız və boş yernə töhmət alanlar olub ki...
Yaxud Mərkəzin "Operativ" şöbəsinin müdiri Bəsirə Kərimovanın səs yazına qulaq asın, görün, qadın sirenlərin açıq saxlanılması barədə əmrin kimərin verilməsini söyləyir, sürücüləri necə hədələyir. Sizə əminliklə deyə bilərik ki, artıq həkimlər də, sürücülər də bezib. Bir yandan yerli-yersiz, fledsersiz, dərman çatışmazlığı ilə xəstə dalıycan qaçan həimləri danlayır, sürücüləri danlayır, xarab olan ehtiyat hissələrini belə vermir, əvəzində xarab maşınlara görə işə çıxmayan sürücülərin maaşını kəsirlər, üstəlik, uca səslə açıq sağlanılan sirenlərlə "evimizi yıxırlar". Təsəvvür edin ki, maşın xarab olur, deyirlər detal yoxdur, nə vaxt olar gələrsən, maşını qoy, get. Məlum deyil detal da nə vaxt "gələcək". Maşın da işləməsə, qeyd etdiyimiz kimi, sürücülərə pul yazılmır, günü hesablanmır, maaş yarı-yarı azalır. Ona görə sürücülər məcbur qalıb "atışıb" pul yığırlar. Maraqlıdır ki, pul yığılan kimi isə necə olursa detal tapılır. Detalın satıldığı dükan kimindir, sizcə? O qədər araşdırılası hallar var ki?!".
Mia.az-a təcili yardımda işləyən başqa bir şəxs isə deyib ki, bir neçə gündür artıq siren səsini açıq saxlamayan sürücülərə işdən azad olunacaqları bildirilib:
"Dedilər, bizə dəxli yoxdu, səs siqnalları açıq olmasa, işdən azad olunacaqsız. Bu yerdə deyim ki, TƏBİB-in bütün işçilərinin maaşı artdı, amma sürücülərin maaşı yox. Halbuki, ən çox əziyyəti yollarda stressi sürücülər çəkir, hətta "nasılka"nı belə sürücülər daşıyır, yəni, iki nəfərin yerinə işləyir. Qaraj isə başdan-ayağa özbaşınalıqdır, dövlətin hesabına gələn "zapçast"lar isə...
Sürücülər qaraj müdiri Rövşənə deyəndəki bəs "zapçast" yoxdur, deyir, bura belədir xoşun gəlmir, maşını at bura, çıx get. Maşının hər bir şeyini sürücülərə yükləyiblər təkərlərə kimi sürücü özü alır. Mən 10 ildən çoxdur təcili yardımda işləyirəm, amma bu qədər illərdə təcili yardım bu cür bərbad vəziyyətdə görməmişəm.
Yeri gəlmişkən, səs siqnalına görə bilirsiniz bizə nə qədər hədə-qrxu gələnlər olur? Bu barədə rəhbərliyə deyəndə, deyirlər ki, gedin polisə şikayət edin, yaxud polislə xəstə çağırışına gedin. Xahiş edirik, köməklik edin, işıqlandırın bu probleməri, bəlkə aidiyyəti qurumlar görür və bizə rəhm edər.
Sürücü daha sonra qarajda cərəyan edən oyunlar və digər məsələlərələ bağlı maraqlı məlumatlardan söz açıb.
Bununla bağlı əlavə yazılarımız olacaq.
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı
Bugün, 12:41 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:32 CƏMİYYƏT
-
SƏHİYYƏ RƏHBƏRLİYİNİN ƏNDAZƏNİ AŞAN ƏMRİ: nə baş verir? - Səs yazıları və videogörüntü yayıldı
Bugün, 12:27 GÜNDƏM
-
Paşinyan “topu” erməni xalqına atdı...
Bugün, 12:21 SİYASƏT
-
Dövlət qulluğu imtahanı verəcək namizədlərə müraciət edildi
Bugün, 12:21 GÜNDƏM
-
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
Bugün, 12:11 GÜNDƏM
-
İstanbulda görünən şir... - Axtarış davam edir
Bugün, 12:08 DÜNYA
-
Məşhur YAP-çı Səfyar Musayevin oğluna vəzifə verildi
Bugün, 11:52 SİYASƏT
-
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Bugün, 11:28 CƏMİYYƏT
-
Mikayıl Cabbarov: "Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin..."
Bugün, 11:20 İQTİSADİYYAT
-
Şans sizi gözlətməyəcək - BÜRCÜNÜZ üçün xüsusi fürsətlər günlər
Bugün, 11:10 CƏMİYYƏT
-
"Trabzonspor"a uduzun klubda istefa oldu
Bugün, 10:59 İQTİSADİYYAT
-
Media subyektlərinə dəstək müsabiqəsi elan olunub
Bugün, 10:50 PRESS
-
Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı
Bugün, 10:43 SİYASƏT
-
Bakıda şirkət rəhbəri qandallandı
Bugün, 10:43 CƏMİYYƏT
-
104 Qəza xidmətinin maşınları ixtisara düşdü, sürücülər işsiz statusu ilə üzləşib, "Azərqaz"ın rəhbər şəxslərinin isə... - Xəbər təsdiqləndi (VİDEO, FOTO)
Bugün, 10:25 GÜNDƏM
-
Sumqayıtda 24 yaşlı qız dəm qazından ölüb
Bugün, 10:16 CƏMİYYƏT
-
Deputat "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam
Bugün, 10:04 GÜNDƏM
-
Alyona Əliyeva “İki dünya arasında” adlı fərdi sərgidə - FOTOLAR
Bugün, 09:49 MƏDƏNİYYƏT
-
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - İlham Əliyevdən yeni mesaj
Bugün, 09:34 GÜNDƏM
-
ARB TV-nin keçmiş aparıcısı ad günü mərasimindən az sonra qəzada həyatını itirib - Açıqlama
Bugün, 09:20 PRESS
-
“Unibank”dan kredit götürmüş müştərilər dələduzluqla üzləşiblər
Bugün, 09:09 İQTİSADİYYAT
-
"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu
Bugün, 09:00 CƏMİYYƏT
-
"Barselona" 2 dəqiqəyə 2-0 geriyə düşdü - Daha sonra isə 10 dəqiqəyə 3 qol atdı
Bugün, 00:33 İDMAN
-
İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO
Bugün, 00:22 CƏMİYYƏT
-
Yeni baş məşqçi də "Mançester Yunayted"in dərdinə əlac olmadı - "Liverpul" 4 qolla qalib gəldi
Bugün, 00:22 İDMAN
-
İran XİN: "Diplomatiya pəncərəsi hələ də açıqdır" - "Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"
Bugün, 00:09 SİYASƏT
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT
-
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib
22.11.2026, 14:53 GÜNDƏM