Cevad Prekazi "Qalatasaray" və "Partizan" formaları ilə dəfn edilib

Cevad Prekazi \"Qalatasaray\" və \"Partizan\" formaları ilə dəfn edilib

İDMAN

Bugün, 00:35

Ötən gün 69 yaşında vəfat edən Türkiyə futbolunun və "Qalatasaray"ın unudulmaz futbolçularından olan Cevad Prekazi Serbiyanın paytaxtı Belqradda dəfn olunub.

Mia.az xaricci mətbuata istinadla bildirir ki, karyeraslı boyu "Qalatasaray"la yanaşı, ölkəsinin "Partizan" komandalarının əfsanəsi halına gələn keşmiş  futbolçunun dəfn mərasimi Belqraddakı Partizan Stadionunda baş tutub.

 Mərasimdə Prekazinin ailəsi, yaxın dostları və keçmiş komanda yoldaşları ilə yanaşı, "Qalatasaray" prezidenti Dursun Özbek, vitse-prezident Sedat Artukoğlu, klub rəhbərləri və Türkiyənin Belqraddakı səfiri İlhan Saygılı da qatılıblar.

Mərasimdə çıxış edən Qalatasaray vitse-prezidenti Sedat Artukoğlu Prekazinin illər əvvəlki son arzusunu unutmadıqlarını və sarı-qırmızı formanı ailəsinə  təhvil verdiklərini deyib: "O formanı onun istəklərinə uyğun olaraq nəşinə bürünməsi üçün verdik. Məkanı cənnət, ruhu şad olsun. Qardaşımızı heç vaxt unutmayacağıq"

Stadionda keçirilən anım mərasimindən sonra Prekazini "Qalatasaray" və "Partizan" formalarına bürünməklə Belqraddakı Leşçe qəbiristanlığında əbədiyyətə tapşırılıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR