YƏMƏNDƏ TOQQUŞMA YENİDƏN ŞİDDƏTLƏNDİ: üsyançılar hökumət qüvvələrinin nəzarətindəki strateji bölglərə doğru irəliləyir

YƏMƏNDƏ TOQQUŞMA YENİDƏN ŞİDDƏTLƏNDİ: üsyançılar hökumət qüvvələrinin nəzarətindəki strateji  bölglərə doğru irəliləyir

GÜNDƏM

Bugün, 11:47

Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları ölkənin cənub-qərbindəki Lahic əyalətində Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrini "güncə sıxıb".

Mia.az xarici mətbuata istinadla xəbər veirr ki, bu barədə Husi qruplaşması məlumat yayıb.

Qeyd olunub ki, Yəmənin müvəqqəti paytaxtı Ədənə açılan Lahic əyalətində Husilərlə hökumət qüvvələri arasında toqquşmalar şiddətli xarakter alıb: "Hökumət qüvvələri artıq bölgədən qaçmağa başlayıblar...".

Husi Məhbusları Komitəsinin rəhbəri Əbdülqadir əl-Murtaza bildirib ki, hökumətə bağlı Amalika və "Vətən  Qalxan" hərbi briqadasının onlarla hərbçisi Mudaraba cəbhəsindəki silahları ilə birgə Husilərə təslim olublar.

Hökumət tərəfi isə qüvvələrinin geri çəkilmə və ya qaçma xəbərini təkzib edib və bildirilib ki, Amalika Briqadasının hərbçiləri öz mövqelərini qoruyur: "Bəzi yerdə taktiki geri çəkilmələr ola bilər, Lakin bu, total xarakter daşımır. ötən gündən başlayaraq, terrorçuların (Husulər nəzərdə tutulur -Mia.az) Mudaraba,  Zubab Hava Limanının şimalı və Kehbubda hücumları dəf edilib. Mudaraba və Ras əl-Ara cəbhələrində Husilər onlarla itki verərək geri çəkiliblər".

Hökumətə bağlı "Vətən qalxanı" qüvvələri də oxşar bəyanat verərək Husiiləri təkzib edib.

"Yemen Monitor" qəzeti isə döyüş meydanındak mənbələrə istinadla yazır ki, Lahicdə vəziyyət Husilərin xeyrinə dəyişmək üzrədir: "Husilər bu bölgədə əsasən  Mudaraba və Ras əl-Ara rayonlarına hücumu gücləndiriblər. Husi qüvvələri Hurz bölgəsində irəliləyərək strateji əhəmiyyətli mövqeləri ələ keçiriblər. Hökumət qüvvələri isə hücumu dayandırmaq üçün "Amalika" və "Vətən qalxanı" döyüşçülərini bölgəyə yönləndirsələr də, həmin mövqeləri geri almaq hələlik mümkün olmayıb. Əksinə, Husi qüvvələri ağır raket zərbələrinin müşayiətiylə Mudaraba rayon mərkəzinin ətrafına qədər irəliləyib"

"Əl-Qüds Əl-Ərəbi" qəzeti də oxşar məlumat paylaşıb.

Bildirilib ki, Husilər Bab əl-Məndəb və Zubab Hava Limanındakı hökumət qüvvələrinin təchizat xəttini kəsmək üçün bölgəyə böyük əlavə qüvvələr göndərirlər.

Yeri gəlmişkən, Husilərin hərbi sözçüsü Yəhya Sari 10 noyabrda verdiyi açıqlamada hökumət qüvvələrinin Mudaraba və Ras əl-Əradakı toplanma məntəqələrini ballistik raketlər və kamikaze dronları ilə vuraraq, genişmiqyaslı hücuma başladıqlarını bildirmişdi.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR