ABŞ-ın İran qorxusu... - Yığma komanda Qətərdə keçiriləcək Dünya Çempionatından geri çəkildi

ABŞ-ın İran qorxusu... - Yığma komanda Qətərdə keçiriləcək Dünya Çempionatından geri çəkildi

İDMAN

Bugün, 09:35

ABŞ-ın kişilərdən ibarət milli futbol komandası gələn həftə Qətərdə startı veriləcək FIFA U-17 Dünya Şempionatında iştirakdan imtina edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gözlənilməz geriçəkilmə ilə bağlı qərarı ABŞ Futbol Federasiyası verib.

Qərarda İranla müharibəyə diqqət çəkilib və bu səbəbdən futbolçular və məşqçilər heyətinin təhlükəsizliyindən narahatlıq  ifadə olunub.

Bildirilib ki, bu narahatlıq futbolçu və məşqçilərə izah olunub: "ABŞ Dövlət Departamentinin səyahət tövsiyəsinə istinadla belə bir qərar vermək məcburiyyətində qaldıq. Təəssüf ki, hazırkı şəraitdə  turnirdə iştirak edə bilmirik. Oyunçularımızın, məşqçilər heyətimizin, texniki işçilərimizin həyatı və təhlükəsizliyi həmişə bizim əsas prioritetimizdir..."

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR