İrandan Azərbaycana 34 kq narkotik keçirmək istəyiblər

İrandan Azərbaycana 34 kq narkotik keçirmək istəyiblər

KRİMİNAL

Bugün, 12:06

İrandan Azərbaycana 34 kq narkotik keçirmək istəyiblər.

Mia.az xəbər verir ki, bu barədə  Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR