İrandan Azərbaycana narkotik keçirmək istəyiblər

İrandan Azərbaycana narkotik keçirmək istəyiblər

KRİMİNAL

Bugün, 11:48

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyiblər.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumatyayıb.

Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfərin İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR