İŞSİZLƏRİN KREDİT BORCU BAĞLANACAQ? - Deputat yeni qaydalara şərh verdi
İQTİSADİYYAT
Bugün, 11:28
“Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq. Mərkəzi Bank tərəfindən artıq qaydalar hazırlanıb və qısa müddətdə tətbiqi gözlənilir”.
Mia.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov açıqlama verib.
O bildirib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir: “Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur. Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq.
Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil ediləcək. Bu zaman şərtlərin “İşsizlikdən sığorta” haqqında Qanunun tələblərinə uyğun olacağı gözlənilir.
Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəstir. Sığorta hadisəsi baş verən zaman kreditin tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsi həyata keçiriləcək. Bu zaman qanunvericilikdəki sığorta halları nəzərə alınacaq. İş yerinin ləğvi, ştatların ixtisar olunması, əmək müqaviləsinin müddətinin bitməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və s. sığorta hadisələri siyahısındadır.
Aydındır ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər. Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc stukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır. Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür.
Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faizi azalmasına gedəcəklər. Çünki, kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır. Yəni, işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faizi dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıracaq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İcra başçıları dəyişir, problemlər qalır: Səbəb nədir?
Bugün, 13:18 GÜNDƏM
-
Aktyorla aparıcının sözü efirdə "çəpləşdi"
Bugün, 13:05 MƏDƏNİYYƏT
-
"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu
Bugün, 12:56 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:37 GÜNDƏM
-
Ərdoğan İlham Əliyev və Azərbaycan xalqını təbrik edib: "Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram"
Bugün, 12:33 GÜNDƏM
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Bugün, 12:21 CƏMİYYƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli “Məhsul bayramı” keçirilib - FOTOLAR
Bugün, 12:12 İQTİSADİYYAT
-
Rövnəq Abdullayevin kərəkəninin əsas pay sahibi olduğu bank... - Yeni təyinat oldu
Bugün, 12:03 İQTİSADİYYAT
-
ABŞ Dövlət katibi: "Pakistan strateji müttəfiqimizdir, ora hücum qəbuledilməzdir"
Bugün, 12:00 DÜNYA
-
"Tam Store" marketlərində alıcılar aldadılıb - Dövlət Agentliyi cərimələdi
Bugün, 11:51 İQTİSADİYYAT
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 11:48 KRİMİNAL
-
"Hörmətli Sahibə xanım bizim sədrimizdir, irad bildirməkdə haqlı idi, cəmiyyət səhv edir. bu işə niyə qarışır axı?" - Aqil Abbas MM-dəki sözünü geri götürdü
Bugün, 11:42 SİYASƏT
-
Arda Gülər "Fənərbaxça"ya yenə pul qazandırdı
Bugün, 11:33 İDMAN
-
İŞSİZLƏRİN KREDİT BORCU BAĞLANACAQ? - Deputat yeni qaydalara şərh verdi
Bugün, 11:28 İQTİSADİYYAT
-
"Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və..." - RƏSMİ XƏBƏRDARLIQ
Bugün, 11:19 GÜNDƏM
-
Türkiyədə saxta dərman mafiyası: xərçəng xəstələri necə aldadılırmış?
Bugün, 11:04 KRİMİNAL
-
Çində "Real Madrid" oyunu bloklanıb
Bugün, 10:44 İDMAN
-
Ərdoğanın oğlu Yaponiyada məsciddə azan oxudu, müəzzin kimi çıxış etdi - FOTO
Bugün, 10:32 SİYASƏT
-
DÜNYA SƏKSƏKƏDƏ: İRANA NÜVƏ BOMBASI ATILACAQ? - Amerikalı jurnalist tarix verdi, bölgəni lərzəyə saldı
Bugün, 10:20 GÜNDƏM
-
İranla sərhəddə gərginlik: silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirildi - DSX açıqlama yaydı
Bugün, 10:14 GÜNDƏM
-
Gələn həftə 4 gün qeyri-rəsmi iş günləri olacaq
Bugün, 10:11 GÜNDƏM
-
Türkiyədə həbs olunan baş redaktor ev dustaqlığına buraxıldı
Bugün, 09:57 PRESS
-
SOCAR-da yeni təyinatlar olub
Bugün, 09:53 CƏMİYYƏT
-
Yazıçı Anar: "Nəinki jurnalisti, heç müəllimi, ədəbiyyatçını, fəhləni də döymək lazım deyil"
Bugün, 09:42 CƏMİYYƏT
-
ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşdü - 9 nəfər öldü
Bugün, 09:21 DÜNYA
-
Nuri Şahin: "Ümid edirəm ki, bu, davam edəcək"
Bugün, 09:09 İDMAN
-
Yəməndə toqquşma... - 300 min nəfər evlərindən didərgin düşüb
Bugün, 09:00 DÜNYA
-
RƏSMİ MOSKVADAN ÜÇTƏRƏFLİ GÖRÜŞÜN YERİ BARƏDƏ KİYEVƏ İSMARIC: "Zelenski zəng edərsə, Putin telefona dırhal cavab verəcək"
Bugün, 00:26 GÜNDƏM
-
Zelenski: "Dörd bölgədəki enerji infrastrukturumuz hücuma məruz qalıb"
Bugün, 00:18 GÜNDƏM
-
Ərdoğan Cənubi Koreyaya gedib - 3 günlük
Bugün, 00:12 GÜNDƏM
-
"Amedspor" qarşısıalınmaz komandaya çevrildi - Komanda rəqibini darmadağın etdi
Bugün, 00:07 İDMAN
-
Çempionlar Liqası: "Qalatasaray" - "Ştutqart" matçının hakimi bəlli oldu
Bugün, 00:05 İDMAN
-
"Beşiktaş" yenə xal itirib
Bugün, 00:03 İDMAN
-
Kanada Baş naziri Trampla müzakirə apardı: "Yaxın həftələrdə bu hədəfə doğru çalışağıq"
Bugün, 00:03 DÜNYA