Putindən Avropaya müharibə xəbərdarlığı: "Biz hazırıq, əgər kimsə istəyirsə, hazırlaşsın!" - "Rusiya Birinci və İkinci Dünya Müharibələrindən dərs çıxarıb"

Putindən Avropaya müharibə xəbərdarlığı: \"Biz hazırıq, əgər kimsə istəyirsə, hazırlaşsın!\" - \"Rusiya Birinci və İkinci Dünya Müharibələrindən dərs çıxarıb\"

GÜNDƏM

Bugün, 10:21

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə müharibə ehtimalını ciddi sayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə o, Moskvada Rusiya-Afrika Zirvəsindən sonra  Burundi prezidenti Evariste Ndayishimiye ilə birgə mətbuat konfransında söz açıb.

Putin bildirib ki, Avropanın 2030-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazırlıqları ilə bağlı planından xəbərdardırlar: "Əvvəla deyim ki, biz buna çoxdan hazırıq. Lakin biz Avropa ilə heç bir müharibə istəmirik. Əgər kimsə istəyirsə, hazırlaşsın!"

Putin iddia edib ki, Qərb ölkələri Rusiyaya strateji məğlubiyyətə uğratmaq gücü və imkanında deyil: "Onlar hələ bu səviyyəyə çatmayıblar. Onlar düşünürsə ki, bu məqsədə 2030-cu ilə qədər çatacaq, yenə səhv edirlər. Əggər onlar həddindıən artıq özlərini bu savaşa həsr edərsə, onlar acından ən yaxşı halda bu müharibənin qalib olmayacaq. Bunu heç kim unutmasın!"

Putin bildirib ki, Rusiya Birinci və İkinci Dünya Müharibələrindən dərs çıxarıb: "Biz bu səbəbdən oxşar münaqişələrin təkrarlanmasının qarşısını almaq üçün əlimizdən gələni edirik. Məsələn, Baltik dənizi ndəki təhlükəsizliyə baxın. Bura Hörmüz kimidir. Bu bölgədə beynəlxalq dəniz hüququna riayət olunmalıdır.  Fars körfəzi və ya Hörmüz boğazındakı oxşar vəziyyətin Baltik dənizində yaranmasını istəmirik. Lakin bəzi Avropa ölkələri bilsin ki, daha hər hansı bir çağırışa cavab olacaq".

Putin 27 oktyabrda Finlandiya prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Store ilə telefon danışıqları barədə sualı da cavablandırb. O deyib ki, təşəbbüs qarşı tərəfdən gəlib: "Onlar mənimlə müzakirəni Avropa Birliyi adından deyil, öz ölkələri adından aparıqlaırnı dedilər.  Avropada Rusiya ilə konstruktiv dialoq qurmaq istəyən siyasətçilər də var. Biz də buna hazırıq".

Putin qlobal gündəmdəki əsas məsələlər üzrə qərarların geniş konsensus əsasında qəbul edilməli olduğunu da xüsusi vurğulayıb: "Məsələn,  Afrika ölkələrinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) da daxil olmaqla beynəlxalq qərar qəbuletmə mexanizmlərində daha ədalətli təmsilçiliyi olmalıdır"

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR