AĞ EVDƏ QAPALI TOPLANTI - İrana qarşı hücum variantları nəzərdən keçirilir?

AĞ EVDƏ QAPALI TOPLANTI - İrana qarşı hücum variantları nəzərdən keçirilir?

GÜNDƏM

Bugün, 00:35

ABŞ prezidenti Donald Trampa Mərkəzi Komandanlıq (CENTCOM) komandanı Bred Kuper tərəfindən İrana qarşı hücum variantları təqdim olunub.

Mia.az xarici mətbuata istinadla xəbər veirr ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.

Qəzet adı açıqlanmayan ABŞ rəsmilərnə istinadla yazıb ki, Ağ Evdə bu variantlarla bağlı qapalı görüş olub: "ABŞ müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də görüşdə iştirak ediblər. Görüşdə CENTCOM komandanı Kuperin Trampa İrana qarşı mümkün hücum variantları barədə şəxsən məlumat verib".

WSJ qeyd edir ki, Kuperin Trampa şəxsən məlumat verməsi "nadir hadisə"dir: "Bu, həm də ABŞ-ın ciddi hücum hazırlığında olduğunun xəbərçisidir"

ABŞ Demokrat senatoru Kris Merfi isə qəzetinmaterialına şərh verərək bildirib ki,  İrana qarşı potensial hücum "dəlilik" olar: "Bu, dağıdıcı bir eskalasiyaya səbəb olacaq".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR