"TRAMPI CİLOVLAMALIYIQ, YOXSA..." - Obama seçki mitinqinə qatıldı, hazırkı hökumət üzvlərini qeyri-ciddi saydı, mühüm mesajlar verdi

\"TRAMPI CİLOVLAMALIYIQ, YOXSA...\" - Obama seçki mitinqinə qatıldı, hazırkı hökumət üzvlərini qeyri-ciddi saydı, mühüm mesajlar verdi

GÜNDƏM

Bugün, 15:55

ABŞ-ın keçmiş prezidenti Barak Obama noyabrın 3-də keçiriləcək Konqres və Nümayəndələr Palatasına seçki ilə bağlı Corciya ştatının Atlanta şəhərindəki mitinqdə prezident Donald Trampı sərt şəkildə tənqid edib.

Mia.az xarici mətuata istinadla xəbər verir ki, Obama Tramp həm daxili, həm də xarici siyasətini "topa tutub".

Sabiq prezident xələfini hətta "diktator" adlandırmaqdan belə çəkinməyib.

Obama ABŞ-ın İrana qarşı hücumunu sıhv siyasət hesab etdiyini bildirib və qeyd edib ki, öz prezidentliyi dövründə İranla çox əlverişli saziş bağlayıblar: "Tramp administrasiyası isə gələrək, o sazişin üstündən xətt çəkdi, heç kimin istəmədiyi lazımsız bir müharibəyə girdi. Halbuki, prezidentliyim dövründə imzalanan nüvə müqaviləsi İranın nüvə silahı əldə etməsinə mane olurdu. Tramp isə hər şeyi alt-üst etdi. İndi İran artıq dünya neftinin böyük bir hissəsinin keçdiyi Hörmüz boğazı üzərində veto hüququna malikdir,  raket ehtiyatları tükənməsi ABŞ-ı isə daha çəkingən mövqeyə keçməyə məcbur qaldı. Təəssüf ki, Tramp prezidentlikdən və siyasətindən öz kommersiya maraqları üçün istifadə edir. Eynən digər ölkələrdəki diktatorların etdiyi kimi...".

Obama bir daha İranla müharibəyə dönərək  deyib: “İran... İlkin səbəb ora getmək və onları nüvə silahlarından və nüvə proqramından imtina etməyə məcbur etmək idi, amma bilin ki, İranın nüvə silahı yox idi. Biz onların nüvə proqramını dayandırmışdıq. Hamının qəbul etdiyi kimi, mən onların nüvə silahına sahib olmasının qarşısını alan bir saziş imzalamışdım. Heç bir raket atmağa ehtiyacım yox idi. İndisə aylardır müharibə davam edir.  Müharibə hələ bitməyib, üstəlik, bu savaş bir çox məhsulun, xüsusən də benzin və dizelin qiymətini kəskin bahalaşdırdı. Müharibə davam etdikcə, hələ çox şeylər olacaq. Təəssüf ki, hazırkı hökumət rəsmiləri ciddi insanlar deyil və onların ciddi olmamasının bədəlini hamımız ödəyirik”.

Tramp administrasiyasının səlahiyyət müddətinin bitməsinə hələ 2 il qaldığını xatırladan Obama bildirib ki, ara seçkilər onu durdurmaq və ölkəni xials etmək üçün böyük şansdır: "Bu seçki heç olmasa onu cilovlamaq, bu administrasiyanın nümayiş etdirdiyi bəzi cəfəngiyatlara "dur" demək üşün əla fürsətdir. Bu seçki  sistemdə bir növ qoruyucudur, biz onu dayandırmalı, söndürməliyik. Bu administrasiyaya hesabatlılıq gətirməyə başlamalıyıq".

Süni intellektin faydalarının yalnız bir neçə milyarderə deyil, hər kəsə çatması üçün yeni qaydaların qəbulunu da mütləq sayan Obama təhsil sisteminin də bu kontekstdə yenidən qurulmasının vacibliyini qabardıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR