Keçmiş baş nazir: "Türkiyənin icazəsi olmadan heç nə edə bilməyəcəyik"

Keçmiş baş nazir: \"Türkiyənin icazəsi olmadan heç nə edə bilməyəcəyik\"

SİYASƏT

Bugün, 09:00

Türkiyə ilə Liviya arasında imzalanan "dəniz sərhədləri müqaviləsi" Yunısanda böyük qorxu yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yunanıstanın keçmiş baş naziri Kostas Karamanlis danışıb.

O, Liviya parlamentinin Türkiyə ilə imzalanan Dəniz Zonalarının Sərhədləri haqqında Sazişi təsdiqləməsinin bölgədəki tarazlığı kəskin  şəkilldə Türkiyənin xeyrinə dəyişdiyini deyib.

Kostas Karamanlis bildirib ki, bu sazişdən sonra Türkiyənin icazəsi olmadan Egey dənizində yunanlar heç nə edə bilməyəcək: "Bəli, artıq razılaşmalıyıq ki, Türkiyənin icazəsi olmadan heç nə edə bilmərik. Onu da açıq deməliyik ki, Türkiyənin Egey dənizindəki Yunanıstanın mövqeyini sıradan çıxarmaq üçün planı nöqsansız işləyir. Türkiyənin dəniz yurisdiksiyası əraziləri ilə bağlı siyasəti bizim üçün narahatlıq yaratmaya bilməz. Yunanıstan hökuməti oturmamalı, hərəkət etməlidir".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR