Okan Buruk hamını topladı - Derbi üçün yalnız bir istəyi var

Okan Buruk hamını topladı - Derbi üçün yalnız bir istəyi var

İDMAN

Bugün, 16:47

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbaxça" derbisindən əvvəl oyunçularla toplantı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o,  Çempionlar Liqasında səfərdə "Lill"ə 4-2 hesabı ilə qalib gəldikləri matçın əsas heyəti iə keçirdiyi  görüşdə jurnalistlərdən gileylənib.

O, futbolçulara deyib ki, matçla bağlı yazılan və ya deyilənlərə göz və qulaqlarını qapadaraq yalnız oyuna köklənsinlər: "Heç bir komanda öldürcü mətbuatımızın qarşısında dayana bilməz. Ona görə sizdən istədiyim yalnız ggöz və qulaqlarınızı qapadaraq yalnız oyuna diqqət kəsilmənizdir. Biz "Fənərbaxça"nıı da devirib yolumuza əmin getməliyik. "Siz əsl "Qalatasaray"ı "Lill"ə qarşı göstərdiniz. Gəlin qalib gələk və liderliyimizi bərpa edək. Sizin yeriniz həmişə zirvədədir. Təkrar edirəm: sadəcə meydança və futbolunuza diqqət yetirin, azarkeşlərimizə gözəl derbi qələbəsi bəxş edək"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR