UKRAYNA LİDERİ PUTİNLƏ GÖRÜŞMƏK ÜÇÜN VASİTƏÇİLƏRƏ "AĞIZ AÇIB? - Kremldən yayılan xəbərə reaksiya: "Əgər görüşmək istəyirsə..."

UKRAYNA LİDERİ PUTİNLƏ GÖRÜŞMƏK ÜÇÜN VASİTƏÇİLƏRƏ \"AĞIZ AÇIB? - Kremldən yayılan xəbərə reaksiya: \"Əgər görüşmək istəyirsə...\"

GÜNDƏM

Bugün, 15:16

Ukrayna lideri Zeklenski Ruisya prezidenti Putinə görüşmək üçün Finlandiya və Norveç liderləri vasitəsilə Moskvaya mesaj göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Zelenskinin istəyi Moskavada isti qarşılanıb. Və Putinin onunla Rusiya ərazisində görüşə hazır olduğu bildirilib.

Məsələyə münasibət bildirən Rusiya liderinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov faktı inkar etməyib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini deyib: "Belə bir səfər üçün təhlükəsizlik də daxil olmaqla bütün zəruri şərtlər təmin olunacaq. Bəli, Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüşmək istəyi Finlandiya və Norveç liderləri vasitəsilə Moskvaya çatdırılıb. Əgər o, həqiqətən səmimi şəkildə Putinlə birbaşa görüşmək istəyirsə, onda Moskvaya gəlməlidir".

Xatırladaq ki, ötən gün Finlandiya prezidenti Aleksandr Stubb və Norveç baş naziri Jonas Gar Store Putin və Zelenski ilə arı-ayrılıqda telefonla danışıblar.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR