İspaniyada sürət qatarları toqquşub: 46 nəfər ölüb, 500-dək yaralı var

İspaniyada sürət qatarları toqquşub: 46 nəfər ölüb, 500-dək yaralı var

GÜNDƏM

Bugün, 14:50

İspaniyada iki sürətli qatarının toqquşması ağır faciəyə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Madrid və Əndəlüs arasında hərəkət edən iki sərnişin qatarı bəlli olmayan səbəbdən üz-üzə toqquşub.

İlkin məlumata əsasən, toqquşma nəticəsində iki vaqon yamacdan aşağı yuvarlanıb: "Madriddən Sevilyaya gedən Renfe şirkətinə məxsus sürətli qatarla əks istiqamətdə hərəkət edən İryoya məxsus sürətli qatarın toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub. 500-dək  xəsarət alanlar var. Ən çox ölüm halı qəzadan sonra dərəyə yuvarlanan iki vaqonda olub..."

Qəza ilə bağlı Baş nazir Pedro Sançez, bəzi nazirlər və müxalifət siyasi partiyalarının liderləri bu gün üçün planlaşdırılan tədbirləri ləğv ediblər.

Tahir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR