Mətbuat Şurasnın İdarə Heyətinin keçmiş üzvü 2 manata çörək aldı, gördüyünə inanmadı - FOTOLAR

Mətbuat Şurasnın İdarə Heyətinin keçmiş üzvü 2 manata çörək aldı, gördüyünə inanmadı - FOTOLAR

İQTİSADİYYAT

Bugün, 14:37

Dünən axşam Bolmartdan N1 markasının istehsalı olan qarabaşaq çörəyi aldım ki, səhər yeməyində yeyim…Ucuz da deyil, 2 manata satılır bu çörək.

Qlüten həssaslığıma görə mən adətən belə çörəklər yeyirəm.

Bəxtəvər oldum… Səhər açdım ki, yeyim. Bir dilim yedim, ikincini götürəndə üzərində ağ ləkə gördüm, elə bildim undur. Silkələdim getmədi. Əlimi vurdum, yoxladım, gördüm ki, yox ey, bu nəsə ayrı şeydir.

Çörəyin üzərinə yapışmış bu açıq çəhrayımtıl rəngli ləkənin qoxusu daha çox divar boyasına - emulsiyaya bənzədi.

Bəlkə də kif növüdür, anlamadım.

3 dilim bu vəziyyətdə idi. Alt dilimlərə baxdıqca adi kif gördüm.

Bir sözlə bu çörək köhnə idi. Amma boya ləkəsi ehtimal etdiyim ağ ləkə necə olub ki, çörəyə tökülüb? Bu çörəklər hansı şəraitdə istehsal olunur?

Tədbirə tələsirdim deyə, çörək dilimlərini AQTA-ya aparmağa vaxtım olmadı.

Qida Təhlükəsziliyi Agentliyindən xahiş edirəm, bu istehsal müəssisəsini bir araşdırsın görək niyə bizə belə çörək yedirdirlər, amma lütfən düzgün araşdırsın

Həmçinin Bolmartdan da bir müvafiq qurum soruşmalıdır ki, niyə köhəlmiş çörəyi satırsan? Axı məhsul satılmadısa, müəyyən müddətdən sonra piştaxtadan yığışdırılmalı və geri qaytarılmalıdır

Səadət Məmmədova,

Mətbuat Şurasnın İdarə Heyətinin keçmiş üzvü

P.S. Yazı müəllifin feysbuk hesabında yayılıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR