Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
GÜNDƏM
Bugün, 15:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxundu, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğuladı. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini dedi və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırlatdı.
Dövlətimizin başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini dedi.
İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu dedi. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı.
İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını dedi.
Baş katib İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, Ümummilli Liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırlatdı. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd etdi.
Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini dedi.
Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulandı və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə... - Qərar qəbul olundu
Bugün, 18:03 CƏMİYYƏT
-
Baş nazir onlaırnmaaşı barədə qərar imzaladı - CƏDVƏL
Bugün, 17:56 İQTİSADİYYAT
-
Ağ və sirli heyvan: 1.8 uzunluqdakı yırtıcı tədqiqatçıları da çaş-baş saldı + FOTOLAR
Bugün, 17:51 DÜNYA
-
Parlament Prezidentə səlahiyyət verdi - Misir ordusu Yəmənə girəcək?
Bugün, 17:41 DÜNYA
-
"CHP-nin prezidentliyə namizədi hazırdır"
Bugün, 17:22 SİYASƏT
-
XƏTAİDƏKİ MƏŞHUR KÜTLƏVİ DAVA: 11 NƏFƏR QANDALLANDI, ARALARINDA DEPUTATIN OĞLU DA VAR - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:14 KRİMİNAL
-
keçmiş başçısı 71 yaşında vəfat edib
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Okan Buruk hamını topladı - Derbi üçün yalnız bir istəyi var
Bugün, 16:47 İDMAN
-
İsmayıl Kartal: "Qalatasaray"ı 10 nəfərlə məğlub etdim, yenə də edəcəyəm"
Bugün, 16:44 İDMAN
-
Aynur Elgünəş ev dustaqlığına buraxılmadı
Bugün, 16:42 PRESS
-
İki qurum QHT-lər üçün qrant müsabiqəsi elan edib
Bugün, 16:31 CƏMİYYƏT
-
Prezidentin köməkçisi: "Biz bu təşəbbüsləri səbirsizliklə gözləyirik"
Bugün, 16:24 GÜNDƏM
-
Mayk Tayson İstanbula gəldi: "Mən yalnız Braziliya və Argentinanı izləyirəm, mənə onlar haqda danışın" - FOTOLAR
Bugün, 16:15 İDMAN
-
Elnarə Baxış mətbuat xidmətindən ayrılıb
Bugün, 16:05 PRESS
-
Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bugün, 15:44 GÜNDƏM
-
Müğənninin geyimi gündəm oldu - FOTOLAR
Bugün, 15:31 ŞOU-BİZNES
-
"Survivor"un idmançısı Gürcüstanda tutuldu
Bugün, 15:17 KRİMİNAL
-
PKK Sincardan geri çəkilir - İllər sonra bölgədə İraq bayrağı qaldırıldı
Bugün, 15:17 DÜNYA
-
Hikmət Hacıyev: "Sülh sazişi imzalana bilər, amma bu tək kağız üzərində olmamalıdır" (Yenilənib)
Bugün, 15:12 SİYASƏT
-
Direktorun otağında canlı yayım edən müəllimənin əmək müqaviləsinə xitam verilib
Bugün, 15:01 CƏMİYYƏT
-
55 Azərbaycan QHT rəhbəri İran prezidentinə açıq məktubla müraciət edib - MƏTN + SİYAHI
Bugün, 14:56 SİYASƏT
-
İNTERNETİN QİYMƏTİ QALXMAYACAQ - Agentlik araşdırma apardı və...
Bugün, 14:53 GÜNDƏM
-
Türkiyədə 20 hektarlıq ərazidə dərin yarğan yarandı - Səbəbi hələ də məlum deyil
Bugün, 14:16 DÜNYA
-
YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi - DTX tərəfindən
Bugün, 14:04 SİYASƏT
-
Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Bugün, 14:02 MƏDƏNİYYƏT
-
“Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılacaq - Milli Xalça Muzeyində
Bugün, 13:41 MƏDƏNİYYƏT
-
Azərbaycan Prezidenti BMT-nin daha bir rəmisini qəbul etdi - FOTO
Bugün, 13:41 GÜNDƏM
-
Prezident İlham Əliyev Baş katibin müavinini qəbul edib
Bugün, 13:41 GÜNDƏM
-
Mədəniyyət naziri BMT rəsmilərini qəbul edib - Müzakirə + FOTO
Bugün, 13:18 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov Niderand XİN başçısı ilə görüşüb - FOTOLAR
Bugün, 13:06 SİYASƏT
-
Prezident İlham Əliyev Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqləyib
Bugün, 13:00 GÜNDƏM
-
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı - Prezident bu şəxsləri vəzifələndirdi (SİYAHI)
Bugün, 12:49 GÜNDƏM
-
Ali təhsili olmayan və 4-cü dəfə prezident seçilən 81 yaşlı Silva: "Braziliya heç kimin arxa bağçası deyil və olmayacaq"
Bugün, 12:48 DÜNYA