Prezidenti İlham Əliyev Niderland XİN başçısnı qəbul etdi - Nələr müzakirə olunub? + FOTOLAR
GÜNDƏM
Bugün, 12:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi.
Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox müsbət mesajlar aldığını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.
Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı və qeyd etdi ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.
Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olundu, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunuldu.
Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edildi.
Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulandı. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edildi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mədəniyyət naziri BMT rəsmilərini qəbl edib - Müzakirə + FOTO
Bugün, 13:18 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov Niderand XİN başçısı ilə görüşüb - FOTOLAR
Bugün, 13:06 SİYASƏT
-
Prezident İlham Əliyev Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqləyib
Bugün, 13:00 GÜNDƏM
-
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı - Prezident bu şəxsləri vəzifələndirdi (SİYAHI)
Bugün, 12:49 GÜNDƏM
-
Ali təhsili olmayan və 4-cü dəfə prezident seçilən 81 yaşlı Silva: "Braziliya heç kimin arxa bağçası deyil və olmayacaq"
Bugün, 12:48 DÜNYA
-
Mehriban Əliyeva Xalq rəssamını təbrik edib: "Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun!"
Bugün, 12:41 GÜNDƏM
-
Buğa dolunayı yaxınlaşır: 4 bürcü eşq, 3 bürcü pul, 5 bürcü isə GÖRÜN NƏ GÖZLƏYİR
Bugün, 12:37 MƏDƏNİYYƏT
-
Naxçıvanın Bakıdakı nümayəndəsi ilə bağlı sərəncam ləğv edilib?
Bugün, 12:27 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlanıb
Bugün, 12:20 CƏMİYYƏT
-
Prezidenti İlham Əliyev Niderland XİN başçısnı qəbul etdi - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
RƏSMİ LONDONDAN QORXUNC ÇAĞIRIŞ: "Ərzaq yığın, 1000 gün ərzində müharibəyə tam hazır olmalıyıq"
Bugün, 12:11 GÜNDƏM
-
DEPUTAT PARTİYA SƏDRLİYİNDƏN GEDİR? - "İstefası hər hansı bir formada müzakirə predmeti deyil”
Bugün, 12:03 SİYASƏT
-
Paşinyan: "Üçbaşlı müharibə partiyası" məhv edilib, ölkəyə yeni müxalifət lazımdır"
Bugün, 12:03 SİYASƏT
-
"Məkkə Sazişi"nin sərhədləri genişlənir? - Üç ölkə rəsmiləri eyni anda İrana gedir
Bugün, 11:50 DÜNYA
-
BŞİH: "Həmin əməkdaş vəzifədən azad olunub"
Bugün, 11:42 CƏMİYYƏT
-
HANSI ŞİRKƏTİN BORCU VAR? - "Kristal" şirkəti açıqlama yaydı, "o şirkətin bizə aidiyyatı yoxdur" dedi (Yenilənib)
Bugün, 11:19 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Avstriya prezidentini təbrik edib - MƏTN
Bugün, 11:15 GÜNDƏM
-
“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin
Bugün, 11:08 İQTİSADİYYAT
-
SOCAR prezidenti Everest zirvəsində - ADLAR
Bugün, 11:03 İQTİSADİYYAT
-
"Bu, tamamilə yersiz açıqlama və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Nazirlik iranlı nazirə cavab verdi
Bugün, 10:51 GÜNDƏM
-
PENSİYA TƏYİNATLARININ HESABLANMA QAYDASI DƏYİŞİR: Necə aparılacaq? - İZAHAT
Bugün, 10:38 İQTİSADİYYAT
-
Sumqayıtda su kəməri partladı: evləri su basdı - VİDEO
Bugün, 10:26 CƏMİYYƏT
-
"Böyük oğlum və qızım partiyanın üzvləridir və..." - Deputat həbs edilən oğlu haqda nə deyir?
Bugün, 10:17 SİYASƏT
-
Dövlət Agentliyində struktur dəyişikliyi oldu, yeni qurumlar yaradıldı - Təyinatlar
Bugün, 10:09 CƏMİYYƏT
-
Aqil Ələsgər Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
Bugün, 10:02 PRESS
-
Avropa Çempionatı: Muaytay üzrə milli yığma komandamız uğurlu nəticə göstərib - FOTOLAR
Bugün, 09:54 İDMAN
-
XƏTAİDƏKİ MƏŞHUR KÜTLƏVİ DAVA: 11 NƏFƏR QANDALLANDI, ARALARINDA DEPUTATIN OĞLU DA VAR - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 09:31 KRİMİNAL
-
AZƏRBAYCAN - COĞRAFİYANIN DƏYİŞMƏZ TALEYİ
Bugün, 09:14 YAZARLAR
-
Türkiyəli aktyor özündən 35 yaş balaca qadınla evləndi - FOTO
Bugün, 09:07 MƏDƏNİYYƏT
-
Tramp geri addım atdı: "Bu gün İrana hücum olmayacaq"
Bugün, 00:08 GÜNDƏM
-
"Göztepe" Burak Yılmazın komandasını məğlub edib
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
ƏRDOĞAN MÜŞAVİRİNİ VƏZİFƏDƏN AZAD ETDİ
25.10.2026, 22:31 GÜNDƏM
-
DEPUTATIN OĞLU 6 MADDƏ İLƏ HƏBS OLUNDU
25.10.2026, 19:47 GÜNDƏM