YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi - DTX tərəfindən

YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi - DTX tərəfindən

SİYASƏT

Bugün, 14:04

YAP Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Məlumata görə, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib. 

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib/gununsesi.info.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR