AZƏRBAYCAN - COĞRAFİYANIN DƏYİŞMƏZ TALEYİ

AZƏRBAYCAN - COĞRAFİYANIN DƏYİŞMƏZ TALEYİ

YAZARLAR

Bugün, 09:14

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Bu gün bir dövlətin özünü qoruması üçün ən çox möhkəm daxili cəbhəyə və ictimai uzlaşmaya, müstəqil müdafiə və diplomatiya onurğasına mütləq şəkildə ehtiyacı var. Amma bütün bunlardan daha vacib olan və İlham Əliyevin başlanmasına əmr verdiyi xalqının milli təşkilatlanması ehtiyacı daha vacibdir.  

Nə zamandır kişik bizim kitabça dediyimiz bir kitab var çantamda. Avtobus dayanacağında, metro stansıyasında bir neçə dəqiqəlik gözləmələrdə oxumaq üçün götürmüşəm və yarım ildir çantamda gəzdirdiyim kitabçanı məhz bu gün oxuyub bitirə bilirəm. Nizar Kabbani :”Mən Beyrutam!”. Beyrutu anladır. Hər səhifəsi Livan xalqının yaşadığı faciələrə işıq tutan məktublar toplusudur. Nə deyir bilirmisiniz: “Uyğar olduğumu sanmışdım…” Livanın yaşadıqları və hazırkı durumu aydındır. Uyğar bir ölkə idi Livan. Amma paytaxt Beyrut Kabbanin dili ilə fəryad edir və dünyaya yaptığı yanlışları anladır: Strategiyası olmayan dövlət oyun qura bilməz; sadəcə başqalarının qurduğu oyunlara cavab verər sadəcə. Cavab verən tərəf isə hər zaman bir addım geridədir və sonunda nəzarəti tamamilə "quldurlara və çapovulçulara" təhvil verir. Tarix boyu xəritədən silinən və ya suverenliyini faktiki olaraq itirən coğrafiyalara baxdıqda, ortaq məxrəcin həmişə uzaqgörənliyin çatışmazlığı, taktiki korluq və köklü strateji ağlın olmaması olduğunu görürük. Və təbbi ki bütün bunların mərkəzində də xalqın təşkilatlana bilmədiyi durur- Fay xətlərinin qırılma nöqtəsi. Beyrutun ahı:“Sən kim olduğuna qərar verə bilmədiyin zaman, sənin kim olduğuna başqası qərar verəcəkdir" xəbərdarlığıdır. Və cəmi bir gün öncə eyni taleyi Ukrayna yaşadı, necə ki, illər öncə Gürcüstan yaşamışdı. Ukrayna nümunəsi göstərir ki, milli mədəniyyəti ortaq mənsubiyyətə çevirə bilməyən, xalqını vaxtında təşkilatlandıra bilməyən və müstəqil dövlət ağlı əvəzinə kənar təminatlara arxalanan bir ölkə qumar salonu tüstüsü ilə zəhərlənən və sonunda xarabaya çevrilən bir Beyrut olmaqdan qaça bilmir.

Azərbaycan Uyğarlığı 

Öncəki yazımda qeyd etmişdim ki, Azərbaycan təkcə "uyğarlıq" daxilində olan bir ölkə deyil; o, özünəməxsus koloriti, dərin humanizmi, dövlətçilik yaddaşı və mədəniyyət sintezi ilə “Azərbaycan Uyğarlığı” adlı müstəqil və zəngin bir fenomen yaratmış qədim bir coğrafiyadır. Bu coğrafiyada etnik rəngarənglik təhdid deyil, düzgün idarə olunan dövlətin gücüdür. Bərabərhüquqlu vətəndaşlıq şüurunu təmin olunduğu ölkəmizdə hər bir etnik qrupun dili, adət-ənənəsi və varlığı bu dövlətin doğma sərvətidir. 44 günlük Vətən Müharibəsində bütün etnik qrupların çiyin-çiyinə şəhid olması bu vətəndaşlıq bağının ən parlaq nümunəsi idi. İnanc boşluq qəbul etmir. Xaricdən maliyyələşən, ölkə gənclərinin beynini zəhərləyib onları yad mərkəzlərin əsgərinə çevirən saxta dini şəbəkələri, radikal qruplaşmaların, qonşu dövlətlərin ideologiyasının əls sədası yalancı başörtü yasağı kampanyasında aşıq aşkar gözümüzə girdi. Biz hətta Şura hökümətinin qurulduğu o qanlı illərdə belə milli-mənəvi ənənələrə, elmi əsaslara və tolerantlığa söykənən sağlam maarifləndirmə ilə dini cəhalətə qarşı durmuşuq. Azərbaycan insanlar dinini yad ölkələrin fanatik "mollalarından" və ya radikal "şeyxlərindən" deyil, öz ziyalısından və sağlam institutlarından öyrənir. Bütün bunlarla yanaşı xalqın təşkilatlanmasında ən həssas və vazkeçilməz bir nüans da var:

Milli-Mənəvi Dəyərlərin Qorunması

Mənəviyyat qanunla tənzimlənən sahə deyil. Cəmiyyətə əxlaq kodeksi heç bir qanun və fərmanla formalaşmır. Bu davranış toplusunu məhz min illərin süzgəcindən süzülüb gəlmiş milli mənəvi dəyərlər və dövlət nümunəsi formalaşdırır. Təbii ki burada xalqın inancının da önəmli rolu var amma yazımın əvvəlində qeyd etdim ki Azərbaycan çox nadir bir ölkədir ki, burada toplumu din deyil, dini toplumun milli mənəvi dəyərləri idarə edir. Cəmiyyətdə mənəvi aşınmanın qarşısını almaq üçün bu çox vacibdir ki bizim ölkəmizdə də dinin devlət idarəçiliyinin önünə keçməsi qadaandır və kimsənin dini mənsubiyyəti onun vizit kartı deyil. Bu da danılmazdır ki, ölkəmizin mədəniyyət və təhsil siyasəti cəmiyyətimizin təşkilatlanmasına, milli mənəvi dəyrlərimizin qorunmasına başlıca xidmət edən sahədir. Təhsil proqramlarını, milli kinonu, ədəbiyyatı və medianı bayağılıqdan, şit şoulardan xilas edib; ailə bağlarını, fədakarlığı, tarixi yaddaşı təbliğ edən keyfiyyətli məzmuna sərmayə qoymaq dövlətin prioritetlərindən birinə çevrilirsə qloballaşmanın zəhərli tərəflərinə qarşı ən güclü vaksin əldə etmiş olur. Dövlət ağlının böyüklüyü məhz ordunun gücü ilə xalqın ruhu arasında bu ahəngi qura bilməsindədir. Biz 44 günlük Vətən Müharibəsindən sonra mütləq milli mənəvi dəyərlər və təhsil sistemində dövlətimizin milli siyasətini görməli idik. Son günlərin təlatümü, Azərbaycana qarşı hücumlar məhz qurulmağa başlayan ahəngi pozmaq-xalqın təşkilatlanmasının fay xəttini qırmağa hesablanıb. Vətəndaşımızın bilinçaltında İctimai xidmət və Vətəndaş məsuliyyəti, “mən”deyil “biz” şuurunun formalşması mlli təşkilatlanmanın əsas şərti, fərdiyyətçilikdən çıxıb kollektiv rifah naminə yaşamaq vərdişi məhz burada immuntet, sipər rolü oynayır. Bu yazını yazmaq fikri Nizar Kabbanin “Mən Beyrutam” kitabını oxuduqdansonra yaransa da təssüf ki, hazırda ölkəmizin daxili işlərinə qarışmağa çalışan qonşularımızla qarşılaşdığımız günlərə təsadüf edir. Beyrutun dünyaya ünvanlanmış fəryadını Kavvabi qələmindən dinlədikdən sonra tarixə kiçik bir ekskursiya etdim.  

Beyrut və Diğərləri… 

“Sən kim olduğuna qərar verə bilmədiyin zaman sənin kim olduğuna başqası qərar verəcəkdir”. 

“Sən özünü yönəldə bilmədiyin zaman başqası səni yönəldəcəkdir”.  

“Sən gəmini idarə edə bilmədiyin zaman o gəminin sükanı arxasına çapolçular və quldurlar keçəcəkdir”.  

Beyrut bunu hayqırır. Tarix gözümüzə Tayvan paradoksunu soxur: Daxildə inanılmaz dərəcədə güclü iqtisadi və texnoloji təşkilatlanma qurub amma beynəlxalq sistem onun kimliyini rəsmən tanımaqdan imtina edir. Bu nümunə göstərir ki, daxili təşkilatlanma nə qədər güclü olsa belə, əgər dövlət öz tarixi və hüquqi kimliyini dünyaya qəbul etdirəcək hərbi və geosiyasi təsir gücünə malik deyilsə, hər zaman böyük güclərin masasında görməzdən gəlinəcək. 

 Avstriya-Macarıstan İmperiyasında Vyana sarayı almanlar, macarlar, çexlər, slovaklar, polyaklar, ukraynalılar, serblər, xorvatlar, rumınlar, İtalyanlardan ibarət etnik qruplar arasında tarazlığı təmin edə bilmədi. Macarlarla ikili monarxiya quruldu, slavyan xalqları isə “ikinci dərəcəli” vətəndaş müamiləsi gördü. I Dünya Müharibəsinin başlaması ilə ordu daxilində eyni səngərdə vuruşan müxtəlif dillərdə danışan əsgərlər arasında qarşldurma yarandı və imperyanın aqibəti 1918-ci ildə cəmi bir neçə həftə ərzində xəritədən silinmək oldu. O nəhəng imperya Avstriya, Macarıstan, Çexoslovakiya, Yuqoslaviya kimi ayrı-ayrı dövlətlərə bölündü.

 Yuqoslaviya Sosialist Federativ Respublikasının yaşadıqları tarixə Balkan Fəlakəti kimi düşdü. 1980-ci ildə iqtisadi böhran dərinləşdikcə, siyasi elitalar hakimiyyətdə qalmaq üçün ucuz üsula — radikal etnik və dini millətçiliyə əl atdılar. Slobodan Miloşeviçin serb şovinizmini qızışdırması dərhal xorvat, sloven, boşnak və alban separatizmini alovlandırdı. Eyni dildə danışan, onilliklərlə qonşu yaşayan xalqlar bir-birini düşmən kimi görməyə başladı. Və 1990-cı illərdə Avropanın II Dünya Müharibəsindən sonra gördüyü ən qanlı müharibələr, Srebrenitsa soyqırımı, etnik təmizləmələr baş verdi və dövlət 7 müstəqil parçaya bölündü. 

Tarix Osmanlı İmperiyasına da acımadı. Əsrlər boyu “Millət sistemi”-dini mənsubiyyətə əsaslanan muxtariyyət ilə idarə olunan bu nəhəng coğrafiyanı Fransa İnqilabından sonra Avropadan gələn millətçilik dalğası yayıldı. Böyük güclər- Rusiya, İngiltərə, Fransa imperiyanın zəifləməsindən istifadə edərək yunanları, serbləri, bolqarları, erməniləri və ərəbləri “müstəqillik və azadlıq” vədləri ilə mərkəzi idarə etməyə qarşı qaldırdılar. Hər kəşfiyyat özünə bir xristian və ya müsəlman azlıq tapıb silahlandırdı. İmperiya ard-arda gələn Balkan müharibələri və üsyanlarla parçalandı, əsrlərlə dinc yaşayan xalqlar qətliamlara və kütləvi köçlərə məruz qaldı. Tarixdə belə nümunələr öyrənmək və dərs almaq üçündüe. Dövlətlər heç vaxt təkcə xarici düşmənlərin gücünə görə məğlub olmurlar. Onlar daxildə bir-birinə güvənməyən, fərqli etnik xəndəklərə çəkilmiş və mənəvi dəyərlərini itirmiş parçalara bölünəndə, xarici güclərin sadəcə qapını itələməsi kifayət edir. Bir xalqın dini inancın siyasiləşməsi isə Osmanlı və Livan təcrübəsini yaşamağı qaçınılmaz edir. Çünki dini və məzhəbi kənar qüvvələrin idarə etməsi asanlaşır və ölkə poliqona çevrilir. Hələ hələ İran kimi bir qonşusu olan Azərbaycan üçün din məsələsi həmişə aktual və ən həssas bir mövzudur.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR