Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

CƏMİYYƏT

Bugün, 00:06

24 oktyabr 2026-cı il üçün

Qoç

İş yerindəki davamlı səyləriniz bu gün bəhrəsini verəcək. Üzərində işlədiyiniz layihələr yaxşı vəziyyətdə görünəcək və sizi çox məmnun edəcək. Əgər muzdlu işçisinizsə, vəzifənizin artırılması və ya maaşınızın yüksəldilməsi şansınız var; paxıl həmkarlarınızdan ehtiyatlı olun.

Buğa

Yorucu bir gün olacaq; işdə hədəfə çatmaq və vaxt məhdudiyyətlərinə riayət etmək baxımından çətinliklərlə üzləşə bilərsiniz. Gün boyu özünüzü halsız hiss edəcəksiniz, lakin nə edirsinizsə edin, pul qazana biləcəksiniz. Tələbələr bu gün məqsədlərinə çatmaq üçün daha çox çalışacaqlar. Şəxsi həyatınız hisslərlə dolu emosional dalğalanmalar yaşada bilər, diqqətli olmağa hazır olun.

Əkizlər

Özünüzü münaqişələrin və rəqabətin içində tapa bilərsiniz. Bu dövrdə emosiyalarınızı idarə etmək üçün həqiqətən yaxşı bacarıqlara ehtiyacınız var. İşlə bağlı ətrafınızdakı insanlarla hər hansı münaqişəyə girməkdən çəkinin. Sevgi və münasibətlərdə çətinliklərlə mübarizə aparmalı ola bilərsiniz. Səhhətiniz müsbət siqnallar vermir, bu gün sağlamlığınıza diqqət yetirin.

Xərçəng

Bu gün səhvlər edə bilərsiniz və işdə diqqətsiz davranmağınız mənvalınızı korlaya bilər. Aqressiv olub kiməsə sözlə və ya fiziki zərər vurma riskiniz var, lakin bu sizin xarakterinizə uyğun deyil. Müdrik olun və heç kimi incitməməyə çalışın.

Şir

Ailəniz qeydinizə yaxşı qalacaq. Maliyyə baxımından əvvəlkindən daha güclü olacaqsınız. Peşəkar sahədə doğru addım atdığınızdan əmin olun. Sizi dəstəkləyən bir tərəfdaşınız olduğu üçün bəxtiniz gətirib. Gününüz sürprizlərlə doludur; xoşagəlməz hallarla qarşılaşsanız belə, tezliklə yaxşı xəbərlər həyatınızı gözəlləşdirəcək.

Qız

Yeni iş axtarışında olanlar üçün gün məyusluqla bitə bilər. Maliyyə baxımından qohumlarınızdan və ya dostlarınızdan kömək istəməli ola bilərsiniz. Səhhətiniz yaxşı görünür. Şəxsi həyatınız sabit olmaya bilər, odur ki, eqoist davranmaqdan çəkinin. Bir dostunuzdan kömək almaq başınızı ağrıdacaq, bundan qaçının. İş yoldaşlarınıza karşı diqqətli olun.

Tərəzi

Bu dövr inkişaf və irəliləyiş dövrüdür. Qarşınıza yeni imkanlar çıxacaq və onları dəyərləndirmək üçün yaxşı zamandır. Pul və sağlamlıqla bağlı məsələlər sizin lehinizə görünür. Böyük bir dəyişiklik gözlənilir, buna görə də özünüzü öncədən bu dəyişikliyə uyğunlaşdırın. Evlilik həyatınız o qədər də yaxşı istiqamətə yönəlməyə bilər.

Əqrəb

Yeni ev axtaranlar hələlik müvəqqəti həll yollarına müraciət edə bilərlər. Maliyyə vəziyyətinizin sabit olmaması sizə mənəvi stres verəcək, lakin ailə üzvləriniz bu gərgin vəziyyətdən çıxmağınıza kömək edəcəklər. Rahatlaşın və səbirli olun; yaxşı şeylər zaman alır, lakin sonunda gözləməyə dəyər.

Oxatan

Gün sizə yeni fürsətlər gətirir və onları dəyərləndirmək üçün əla vaxtdır. Komfort zonanızdan çıxıb özünəinamınızı artıracaq çətin tapşırıqları öhdənizə götürmək zamanıdır. Var-dövlətlə bağlı məsələlər sizin lehinizə olacaq, səhhətiniz isə sabitləşəcək.

Oğlaq

Sizi kifayət qədər gərgin bir gün gözləyir. Öhdəliklərinizi yerinə yetirmək üçün vaxtınız çatmaya bilər. Yaşayış standartlarınızı dəyişdirəcək böyük bir dəyişiklik gözlənilir. Maliyyə baxımından büdcənizi pozacaq əlavə xərclərlə qarşılaşa bilərsiniz. Çox az nəzarət edə bildiyiniz və ya heç nəzarət edə bilmədiyiniz məsələlərə görə özünüzü həddindən artıq gərginliyə salmayın.

Dolça

Həmkarlarınızla hər hansı mübahisəyə girməkdən çəkinin, çünki bu, əleyhinizə işləyə bilər. Hətta şəxsi həyatınız da sabit görünmür; etimadsızlıq, eqo problemləri və sədaqətsizlik ətrafında dönəcək. Keçmişdə etdiklərinizə görə başqalarına haqq kazandırmağa (özünüzü doğrulmağa) çalışdığınızı görəcəksiniz. Bu da sizi mənəvi baxımdan gərginləşdirəcək. Maliyyə baxımından heç bir irəliləyiş proqnozlaşdırılmır.

Balıqlar

Bu gün özünəinamınız ən yüksək səviyyədə olacaq. Bacarıqlarınıza şübhə ilə yanaşan insanlara əməlləriniz və uğurlarınızla cavab verə biləcəksiniz. Tələbələr valideynlərini qürurlandıracaqlar. Bəzi sağlamlıq problemləri sizi narahat edə bilsə də, maliyyə baxımından yaxın gələcəkdə artım gözləyə bilərsiniz.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR