Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."

Baxçalı Azərbaycan səfiri ilə bir arada: \"Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq...\"

SİYASƏT

Bugün, 20:30

Bu gün Azərbaycanın Ankaradakı səfri Rəşad Aslanovla MHP sədri Dövlət Baxçalı arasında görüş olub.

Mia.az Türkiyə mətbuatına istuiadla xəbər verir ki, səfiri MHP qərargahında yüksək səviyyədə qarşılayan Baxçalı Türkiyə-Azərbaycan əlaqələri haqqında danışıb.

O bidirib ki, iki qardaş ölkə arasındakı müvəqətti fikir ayrılıqlarına baxmayaraq, ortaq tarix, dil, mədəniyyət və qarşılıqlı etimada əsaslanan münasibətlər əbədidir: "Cənab prezidentimiz Azərbaycan Prezidenti İlham Əliyevi gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına dəvət edib."Bundan əlavə, Türkiyəni türk dünyasından ayrı hesab edən və Türkiyəsiz bir türk dünyası qurmağa çalışan yanaşmaları yaxından izləyirik. Türk dövlətləri arasındakı münasibətlərin siyasi layihələrə, geosiyasi hesablamalara və kənardan təşkil edilən bölücü planlara endirilməyəcək qədər dərin bir tarixi təməli var. Türk dünyasının gələcəyi müstəqil dövlətlərimizin suverenliyinə, qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa, etibara və qardaşlıq qanununa əsaslanır. Gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı bu tarixi məsuliyyətin və gələcək üçün ortaq iradənin mühüm təzahürü olacaq.

Aydındır ki, türk dünyası öz gücünü qarşılıqlı etimad və həmrəylikdə tapmalıdır. Bu birlikdən narahat olanların gözləntiləri qardaş dövlətlərimizin ortaq iradəsi qarşısında doğrulmayacaq.Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr gündəlik siyasi inkişaflardan və müvəqqəti fikir ayrılıqlarından kənarda, ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və millətlərimizin qəlb birliyi üzərində qurulub. Əlbəttə ki, dövlətlər arasında müxtəlif qiymətləndirmələr və həllini gözləyən məsələlər yarana bilər. Həqiqətən vacib olan, qardaşlıq bağlarını pozmadan, bu məsələləri qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsini nümayiş etdirməkdir. Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq iki dövlət arasında həmrəyliyi qorumaq və türk dünyasının ortaq gələcəyini təmin etmək üçün vacibdir."

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR