Müğənni Dəniz Əsədova Afət Fərmanqızını məhkəməyə verdi - Xüsusi ittiham qaydasında

Müğənni Dəniz Əsədova Afət Fərmanqızını məhkəməyə verdi - Xüsusi ittiham qaydasında 

ŞOU-BİZNES

Bugün, 15:12

Müğənni Dəniz Əsədova həmkarı olan Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.

Mia.az xəbər verir ki, bu barədə “Unikal”a müğənni Afət Fərmanqızı məlumat verib.

Müğənninin sözlərinə görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə şikayətə baxılıb.

Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın şikayəti icraata qəbul edilmədən rədd edilib.

Xatırladaq ki, bir müddət öncə Müğənni Afət Fərmanqızı da həmkarı Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə vermişdi və Binəqədi Rayon Məhkəməsində onun şikayət ərizəsi icraata götürülmüşdü.

Qeyd edək ki, Dəniz Əsədova Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Tovuz Rayon Məhkəməsinə müraciət etmişdi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR