Aİ-dən RƏSMİ MOSKVAYA SƏRT İTTİHAM: "Rusiya qidadan silah kimi istifadə edir" - "Moldova, Rumıniya və Polşa ilə sərhəd hədəfdədir, NATO ilə birgə..."

Aİ-dən RƏSMİ MOSKVAYA SƏRT İTTİHAM: \"Rusiya qidadan silah kimi istifadə edir\" - \"Moldova, Rumıniya və Polşa ilə sərhəd hədəfdədir, NATO ilə birgə...\"

GÜNDƏM

Bugün, 14:10

"Rusiya qidadan silah kimi istifadə etməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bunu Avropa İttifaqı (Aİ) Ali Nümayəndəsi Kaja Kallas Qara dənizdəki gəmilərə edilən hücumlardan danlışarkən deyib.

O, bu hücumlara görə  Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb: "Son 10 gündə Qara dənizdə Rusiyaya məxsus olan PUA-lar ərzaq daşıyan altı gəmiyə hücum həyata keçirib: "Bu, çox təhlükəli və qəbuledilməz eskalasiyanı göstərir. Moskva iyulun ortalarından bəri Ukraynanın ixrac məhsullarına hücumları qəsdən artırıb. Qara dəniz Ukraynada istehsal olunan taxıl beynəlxalq bazarlar üşün çox əhəmiyətlidir. Rusiya qəsdən bu tədarük zəncirini bombalamaqla, Ukranadakı ədalətsiz müharibəsinə olan təzyiqi azaltmağı düşünür. Moskvanın qidanı silaha çevirmək cəhd qlobal ərzaq təhlükəsizliyinə, xüsusən də Afrika, Asiya və Yaxın Şərqdə çox ağır zərər verir".

Kallasın sözlərinə görə, iyul ayından bəri Aİ və Ukrayna tərəfindən qurulan quru yolları marşrut mexanizmi vasitəsilə taxıl ixracı 2 milyon ton artıb: "Rusiya hazırda Moldova, Rumıniya və Polşa ilə sərhəd keçidlərini hədəf alır. Ruslar bununla alternativ yolları da qəsdən təhlükə altına qoyurlar. İndi bizim qarşımızda əsas vəzifə Qara dəniz və Dunay çayı boyunca təhlükəsizliyin gücləndirilməsi olmalıdır. Bu, çox vacibdir. Rumıniya və Bolqarıstan tərəfindən Aİ-nin dəstəyi ilə birgə yaradılacaq Qara Dəniz Dəniz Təhlükəsizliyi Mərkəzi vəziyyəti diqqətlə izləyəcək. Lkain tək bu, yetməz. Aİ-nin daha sürətli kollektiv qərar qəbuletmə mexanizmlərinə ehtiyacı var. Təklif olunan fövqəladə protokolun məqsədi budur: genişmiqyaslı hibrid böhranlarda təcili siyasi məsləhətləşmələri və daha yaxşı koordinasiyanı təmin etmək. Bu, əlbəttə ki, NATO ilə koordinasiya deməkdir.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR