Kreml: "Putinlə Vitkoffun tezliklə görüşü gözlənilir"

Kreml: \"Putinlə Vitkoffun tezliklə görüşü gözlənilir\"

GÜNDƏM

Bugün, 15:05

"Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff arasında tezliklə görüş gözlənilir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu  Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, bu görüş üçün hazırlıqlar görülür: "Ümid edirik ki, görüş tezliklə baş tutacaq. Vitkoffun ukraynalılar və avropalılarla təmasları, o cümlədən Vaşinqtonla Moskva arasında bir sıra vacib məsələlər üzrə "əlidolu" gələcəyini gözləyirik"

Kreml sözçüsü belə görüşləri vacib sayıb: "Bu cür görüşlər vacib və məhsuldar hesab edirik".

Trampın Ukrayna Prezidenti Vladimir Zelenskinin danışıqlar üçün uyğun şəxs olmadığı barədə açıqlamasına gəldikdə, Peskov bildirib ki, Rusiyada qanuni hökumətlə danışmaq tərəfdarıdır: "Bizim üçün vacib olan odur ki, danışıqları Ukraynadakı qanuni hökumətin məsuliyyəti öz üzərinə götürməyə və müharibəyə son qoymaq üçün lazımi qərarlar qəbul etməyə hazır olan nümayəndəsi aparsın".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR