""44" filmində hər şey çox gözəldir" - Kəmaləddin Heydərovdan açıqlama

\"\"44\" filmində hər şey çox gözəldir\" - Kəmaləddin Heydərovdan açıqlama

MƏDƏNİYYƏT

Bugün, 14:41

""44" filminin təqdimatında iştirak edirdim. Filmi əvvəldən axıra qədər maraqla izlədim, hər şey çox gözəl idi". 

Mia.az xəbər verir ki, bu sözləri Manset.az-a eksklüziv açıqlamasında Fövqəladə Hallar naziri general-polkovnik, bir çox məşhur mahnıların müəllifi, tanınmış bəstəkar Kəmaləddin Heydərov bildirib. O daha sonra açıqlamasında filmin musiqisinin də çox gözəl olduğunu deyib. 

"Bir vətəndaş kimi deyim ki, istər filmin musiqisi, istər baş rolda olan yeni gənclərimizin işi, filmin ssenarisi olduqca yaxşıdır. Ümumiyyətlə, filmi çox uğurlu hesab edirəm. Filmdə Şuşa səhnələri xüsusilə təsirli idi. Hər kəsə bu filmi izləməyi tövsiyə edirəm", - deyə K.Heydərov qeyd edib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR