Röya Ayxan məktəbli geyimindən yazdı: "Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
MƏDƏNİYYƏT
14.10.2026, 10:59
“Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərqli davranmamağı aşılamışam. Əminəm ki, çox valideyn də övladlarını bu yöndə yetişdirməyə çalışır”. Mia.az xəbər verir ki, bu fikirləri Xalq artisti Röya Ayxan instaqram hesabında paylaşıb. Onun sözlərinə görə, vahid geyim forması ilə bağlı qaydaların şagirdlərə izah edilməsi və maarifləndirmə işlərinin aparılması təhsil prosesinin təşkilinin tərkib hissəsidir: “Nəticədə biz bu Vətənin övladıyıq. Gələcəyə bir ana, bir əsgər yetişdiririk. Həyatımızdakı bütün çətinliklərə baxmayaraq, onların gələcəyini parlaq, işıqlı görmək istəyirik. İllərlə basqı altında böyüyən neçə-neçə valideynlər var ki, bu gün travma saydıqları keçmişdən qurtulmaq istəyirlər. Ancaq biz bunları yaşayıb nəticə çıxarmışıqsa, onları zorla istəmədikləri bir işə alət etməyimiz düzgün deyil. Qoy övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var? Təbii ki, valideyn kimi hər zaman onları yanlış yoldan döndərməli, təhsilə, elmə, biliyə yönləndirməliyik. Qoy bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yönəlsin, Vətəninə, dövlətinə yararlı insan olsun. Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz. Necə ki, zamanında sərhədlərin bağlı qalmasına etiraz edirdiniz, halbuki o bağlı sərhədlər qonşuluğumuzdakı müharibələrin bizə sıçramasının qarşısını aldı. Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq! Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim!”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkiyədə - FOTOLAR
Bugün, 19:15 GÜNDƏM
-
Ceyhun Bayramov səfirə medal təqdim etdi
Bugün, 15:32 SİYASƏT
-
6 ildir bayramlarımız qara gəlmir... - Seymur Verdizadə yazır
Bugün, 14:17 YAZARLAR
-
Sabah yağış intensivləşəcək - Xəbərdarlıq
Bugün, 14:15 GÜNDƏM
-
İlham Əliyevdən Ərdoğana başsağlığı: "Xəbər bizi son dərəcə sarsıtdı"
Bugün, 11:47 GÜNDƏM
-
SOCAR Türkiyədəki neft emalı zavoduna 120 milyon dollar əlavə sərmayə yatıracaq
Bugün, 11:46 İQTİSADİYYAT
-
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Prezident İlham Əliyev bu videoçarxı paylaşdı + VİDEO
Bugün, 10:13 GÜNDƏM
-
Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşdı
Bugün, 09:57 İQTİSADİYYAT
-
Qubada avtomobil aşıb, ölən var (Yenilənib)
Bugün, 09:38 KRİMİNAL
-
Azərbaycan XİN: "Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və..."
Bugün, 09:11 SİYASƏT
-
Xətaidə qanunsuz obyekt tikilir? - VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
09.11.2026, 22:01 SİYASƏT
-
Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: "Xəbər bizi dərindən kədərləndirdi"
09.11.2026, 20:10 SİYASƏT
-
Mehriban Əliyeva: “Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26”
09.11.2026, 19:42 GÜNDƏM
-
Elza Seyidcahan: "Onların pulları ancaq bədən doğratdırmağa gedir"
09.11.2026, 18:08 MƏDƏNİYYƏT
-
Noyabrın 9-dan 15-dək üç bürc sərvət və uğur qazanacaq
09.11.2026, 17:15 CƏMİYYƏT
-
Prezident səfirlə bağlı sərəncam imzaladı
09.11.2026, 16:20 GÜNDƏM
-
Bakıda ağac maşının üzərinə aşıb
09.11.2026, 16:07 CƏMİYYƏT
-
"Bank Respublika"nın imtiyazlı səhmləri: onu kimlər aldı? - Yeni gedişat Azərbaycan və onun bank sektoruna nə vəd edir?
09.11.2026, 15:45 İQTİSADİYYAT
-
Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"
09.11.2026, 15:40 GÜNDƏM
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
09.11.2026, 15:15 GÜNDƏM
-
İzmirdə fabrikdə partlayış: 3 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb
09.11.2026, 15:03 DÜNYA
-
Mingəçevirdə qazi bıçaqlandı
09.11.2026, 14:21 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
09.11.2026, 12:30 CƏMİYYƏT
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09.11.2026, 11:04 GÜNDƏM
-
İlham Əliyev Kamboca Kralına məktub ünvanlayıb -MƏTN
09.11.2026, 10:59 GÜNDƏM
-
"Ya da müharibəni, ya cəhənnəmi seçin" - İran XİN başçısından ABŞ-a açıq xəbərdarlıq
09.11.2026, 10:23 DÜNYA
-
Mehriban Əliyeva: "Qoy sonsuz qürur mənbəyimiz olan..." - FOTO
09.11.2026, 09:21 GÜNDƏM
-
"Mətbuata servis olunan bu foto adamın qanını qaraldır"
09.11.2026, 09:05 CƏMİYYƏT
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
09.11.2026, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
09.11.2026, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT