Türkiyə Prezidentnin keçmiş müşavirinin qızı saxlanıldı - Narkotiklə...

Türkiyə Prezidentnin keçmiş müşavirinin qızı saxlanıldı - Narkotiklə...

SİYASƏT

Bugün, 00:32

Türkiyə Prezidentnin keçmiş müşaviri Hakkı İlnur Çevikin qızı Belen Gülnur Çevik saxlanılıb.

Mia.az Türkiyə mətbuatıan istinadla xəbər verir ki, o, Ankarada keçirilən əməliyyatda narkotik ittihamı ilə tutulub.

Hakkı İlnur Çevik  qızının saxlanılma xəbərini təsdiqləyib: "Nə baş verdiyini öyrənməyə çalışıram".

Xatırladaq ki, Hakkı İlnur Çevik 1 fevral 2016-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsinə təyin olunub və təxminən yeddi il bu vəzifəni icra edib.

O, bundan əvvəl, daha dəqiqi, 1991-1993-cü illər arasında o vaxtkı Baş nazir Süleyman Dəmirəlin, daha sonra isə Nəcməddin Ərbakanın müşaviri işləyib.

Hakkı İlnur Çevik uzun illərdir jurnalistika sahəsində də çalışır. O, vaxtilə  İndira Qandi, Hüsnü Mübarək və Müəmmər Qəddafi kimi məşhur şəxslərdən  müsahibələr alıb.

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR