Vlahoviç yoxdursa, Oh var!  - "Beşiktaş" Avropada xarüqə yaradır

Vlahoviç yoxdursa, Oh var!  - \"Beşiktaş\" Avropada xarüqə yaradır

İDMAN

Bugün, 00:52

Bu gün UEFA Avropa Liqasında ikinci tur oyununa səfərdə Almaniyanın "Hoffenhaym" komandası ilə çıxan "Beşiktaş"  xarüqə yaradıb.

Mia.az xəbər verir k, İstanbul komandası rəqibini 3-2 hesabı ilə məğlub edərək, bu liqada keçirdiyi 2 oyunda da mütləq qələbəyə imza atıb.

"Beşiktaş"ın Duşan Vlahoviçin yoxluğundakı ilk qolunu 60-cı dəqiqədə Mişel Murillo, qalan iki qolunu isə Cənubi koreyalı Oh 73 və 78-ci dəqiqələrdə vurub.

"Hoffenhaym"ın qollarına isə 68-ci dəqiqədə Asllani, 88-ci dəqiqədə isə Maçida imza atıb.

Bu qələbə sayəsində "Beşiktaş" xallarını 6-ya çatdıraraq qrupdakı 2 oyundan 2-də qələbə qazanmaqla tarix yazmağa davam edir.

Yeri gəlmişkən, 3-cü turda "Hoffenhaym" evdə "Lyon"u, "Beşiktaş" isə İstanbulda "Kristal Palas"ı qəbul edəcək.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR